Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürdəmir Regional Mədəniyyət idarəsində baş alıb gedən korrupsiya...

Son aylar Mədəniyyət Nazirliyində aparılan islahatlara baxmayaraq, hələdə bu qurumun regional idarələri sabiq nazir Əbülfəz Qarayevin dövründəki ab-havadan çıxa bilmirlər.

7NEWS.az-a daxil olan məlumata görə Kürdəmir Regional Mədəniyyət idarəsində baş verən hadisələr bir daha onu göstərir ki, əslində Mədəniyyət Nazirliyinin regional idarələrində aparılan islahatlar sadəcə görüntü xarakterlidir. Çünki yenə də korrupsiya, maliyyə maxinasiyasaları və sair əməliyyatlar gizli şəkildə həyata keçirilir.

7NEWS.az-a daxil olan məlumatda bildirilir ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin nəzdində olan İmişli, Beyləqan, Xocavənd və Füzuli rayon musiqi məktəblərinə nəzarət Kürdəmir Uşaq İncəsənət Musiqi Qəndab Zülfüqarovaya tapşırılıb. Qəndab Zülfüqarova isə regional idarənin rəis müavini Vaqif Alıyevin ən yaxın adamı kimi tanınır. Bildirlir ki, məhz Vaqif Alıyevin dəstəyi ilə Qəndab Zülfüqarova musiqi məktəblərində işləyən müəllimlərin dərs saatlarını artıraraq hər ay külli miqdarda vəsait mənimsəyir. Dərs saatı artırılan müəllimin əmək haqqısının 30 faizi Qəndab Zülfüqarovaya çatır.

Vaqif Alıyev Qəndab Zülfüqarlı cütlüyünün bu əməliyyatından Kürdəmir Regional Mədəniyyət idarəsinin rəisi əvəzi Faiq Xudanlının xəbərdar olduğu və artırılmış dərs saatlarından əldə edilən gəlirdən ona da çatdığı bildirilir.

Məlumatda vurğulanır ki, Kürdəmir Regional Mədəniyyət idarəsində sadəcə olaraq rəhbərlik dəyişib və yenədə köhnə vaxtlarda olduğu kimi dövlət büdcəsindən ayrılan vsaitlər müxtəlif tədbirlər adı altında mənimsənilir. Regional idarə rəhbərliyinin əsas pul silmə əməliyyatları isə hər ay keçirilən müxtəlif tədbirlər silsiləsi ilə bağlıdır.

Məlumatda o da qeyd olunur ki, Faiq Xudanlının təqdimatı əsasında Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd rayonlarına təyin edilən nümayəndələri korrupsiya fəaliyyətlərini həyata keçirtməkdə davam edirlər. Adı çəkilən rayonların musiqi məktəblərində, klublarda, kitabxanalarda, teatr truppalarında yenədə "ölü canlar" mövcuddur və onların əmək haqqları mənimsənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar