Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Krasnov Azərbaycan və Ermənistanı hüquq-mühafizə tədbirlərini sinxronlaşdırmağa çağırdı - Foto

Rusiyanın baş prokuroru İqor Krasnov Moskvada Azərbaycan və Ermənistanın baş prokurorları ilə üçtərəfli görüş zamanı təhlükələrin və gərginliyin artmasının qarşısını almaq üçün tədbirləri sinxronlaşdırmağa çağırıb.

Bu barədə İ.Krasnovun Azərbaycan baş prokuroru Kamran Əliyev və erməni həmkarı Anna Vardapetyanla görüşündən sonra Rusiya Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Rusiya nəzarət qurumunun rəhbəri həmkarlarını salamlayaraq, üçtərəfli formatda peşəkar dialoqun inkişafına qarşılıqlı hazır olduqlarına görə onlara təşəkkür edib”, - deyə məlumatda bildirilib.

Rusiya Federasiyasının baş prokuroru xatırladıb ki, görüş 2020-ci ilin noyabrından başlayaraq Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin birgə qəbul etdikləri və üç ölkənin ümumi maraqlarının - Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşdırılmasının, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsinin vurğulandığı bəyanatların hazırlanması çərçivəsində keçirilir.

“Mən bu yanaşmanı sərhəd münaqişəsinin (gərginliyin) həlli məsələsi üzrə çoxdan gözlənilən qarşılıqlı anlaşmanın əldə edilməsində və dövlətlərimizin prokurorluqlarının qarşısında duran digər vəzifələrin həllində yeganə səmərəli vasitə hesab edirəm”, - deyə Krasnov bildirib.

O qeyd edib ki, lokal münaqişələr və böhranlar geosiyasi vəziyyətə dağıdıcı təsir göstərməklə yanaşı, cinayətkarlığın geniş vüsət alması, terrorizm, ekstremizm ideyalarının yayılması, nifrət və düşmənçiliyin aşılanması üçün münbit zəmindir.

“Bununla əlaqədar İqor Krasnov hüquq-mühafizə orqanlarının və ilk növbədə prokurorluq orqanlarının əsas vəzifəsi ilə bağlı öz baxışını açıqladı: qüvvələrin və vasitələrin birləşdirilməsi, artan təhlükəsizlik təhdidlərinə qarşı gələcək fəaliyyətlərin sinxronlaşdırılması, qanunun və asayişin bərpası, vətəndaşların həyatının normallaşdırılması və gərginliyin artmasının qarşısının alınması”, - deyə Rusiya Baş Prokurorluğunun bəyanatında vurğulanıb.

“Əsl qanun qulluqçuları olaraq biz insanlara normal həyat və inkişaf şəraiti yaratmağa, onları cinayətkarlığın dağıdıcı təsirindən qorumağa borcluyuq”, - deyən Rusiyanın baş prokuroru görüşün bu məqsədlərə nail olmaq üçün növbəti addım olacağına əminliyini ifadə edib.

pia.az 


Etiket: Krasnov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Ermənistanda hakim partiyanın üzvləri: Azərbaycanı divara dirəməyə hazırıq...

Politoloq: Azərbaycan dövlətinin humanistliyi zatən ABŞ-dan çoxdur...

Ən çox oxunanalar