Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronadan sonrakı dövrdə bizi nələr gözləyir? - Sərhədsiz dünya idealı sona çatdı...

“Açıq cəmiyyət” ideyası artıq məğlub olub. Hər yerdə güclü, tənzimləyici və qoruyucu bir dövlətin çatışmazlığı ən ağrılı şəkildə özünü göstərib...

Mehmet Perinçek

“The Independent” qəzeti, 3 may 2020-ci il

Bu gün dünyada qloballaşma və təkqütblü sistem sona çatır və yerini çoxqütblü nizama verir. Bəs bu vəziyyət yeni bir dünya müharibəsinə səbəb ola bilərmi?

“Koronavirusdan sonra bizi necə bir dünya gözləyir?”, sualının cavabı bu gün ən çox müzakirə olunan mövzulardan biridir. Demək olar ki, hər kəs liberal-qloballaşma sisteminin çökdüyünə inanır. Bu təsbit təkcə bu sistemi devirmək istəyənlərin deyil, həm də kapitalist-imperialist sistemi xilas edib, dövlət müdaxiləsi ilə bərpa etmək istəyənlərin düşüncəsidir. Artıq iqtisadiyyatda “qoyun keçsinlər”, dövrü bitib.

Koronavirus pandemiyası ilə mübarizədə dövlətin iqtisadiyyata təsiri olan ölkələr uğur qazanıblar, lakin liberalizmin tam hakimiyyəti altında olan ölkələrdə mərkəzi müdaxiləyə ehtiyac yaranıb.

Bir tərəfdən, Tramp öz tweet-ləri ilə Forda xəbərdarlıq etmək məcburiyyətində qalırkən, ucuz maskaların qiymətinin yüz dəfə artması da xalqı çətin vəziyyətdə qoyub. Zəif iqtisadi sistem özünü büruzə verib.

Sərhədsiz dünya idealı sona çatdı

Koronavirusun yayılması ilə dövlətlər arasındakı sərhədlər yenidən qalın xətlərlə çəkilməyə başlanıb. Hətta Fransa prezidenti Makron AB-də Şengen sisteminin ləğv edilə biləcəyini söyləyib. Qərb mərkəzləri milli dövlətlərin qarşıdakı dövrdə yüksələcəyini də açıq şəkildə bildiriblər. Digər tərəfdən, bu sərhədlər gömrük divarlarının da yenidən çəkilməli olduğundan xəbər verir.

Milli istehsal iqtisadiyyatı və özünü təmin edən bir ölkə olmaq, hər şeydən daha dəyərli hala gəlib. Zəif immunentə sahib olan iqtisadiyyata son qoymaq, milli istehsalçını dəstəkləmək və qorumaq həyati bir vəzifəyə çevrilib. Neoliberalizm və sərhədsiz azadlıq sosial həyatda da iflas edib. Nizamlı cəmiyyətlər pandemiya ilə mübarizədə uğurlu olsalar da “açıq cəmiyyət” ideyası artıq məğlub olub. Hər yerdə güclü, tənzimləyici və qoruyucu bir dövlətin çatışmazlığı ən ağrılı şəkildə özünü göstərib.

İctimai həyatda hər kəsin özünə cavabdeh olduğu ​​sistemlər də böyük bir çöküntüyə uğramağa başlayıb. Sosial həmrəyliyin dəyəri bir daha məlum olub.

Pandemiyanın fərdiyyətçiliklə aradan qaldırıla bilmədiyi və hər kəs xilas olmadıqca fərdin də yaşaya bilməyəcəyi ortaya çıxıb. Bir sözlə, bu məsələlərlə bağlı heç bir müzakirə yoxdur. Ancaq niyyətlər və həll yolları fərqlidir: çökməkdə olan sistemi bəzi əlavələrlə canlı saxlamaq, yoxsa yenisini yaratmaq?

Böhranın səbəbi koronavirus deyil, sistemdir

Bu anda sistemin yaşadığı böhranın koronavirusa görə olmadığı da vurğulanmalıdır. Qlobal mafiya-təriqət münasibətlərinin təyinedici olduğu, istehsaldan uzaqlaşmış və fırıldaqçı iqtisadiyyata əsaslanan sistem onsuz da xroniki böhran içində idi.

Pandemiya ziddiyyətləri açıq şəkildə ortaya qoyub, bu prosesi sürətləndirib və dərinləşdirib. Korona olmasa belə, yenə də dünya bu böhranla üz-üzə qalacaqdı.

Elm, maarifçilik, humanizm və süni intellekt

Bütün bunlarla birlikdə, humanizm, elm və maariflənmə koronavirusdan sonrakı dünyanın yüksələn dəyərləri olacaq. Əlbəttə, buna süni intellekti də əlavə etmək lazımdır. Pandemiya olmasa belə, süni intellektin dünyanın gələcəyində onsuz da böyük rol oynayacağı aydın idi. Bununla birlikdə insanların bir yerdə kollektiv olaraq dayanmaması, fiziki məsafənin davamlı olaraq saxlanması və gündəlik həyatın ən az itki və risklə davam etməsini təmin etmək baxımından karantinin tətbiq olunması süni zəkanı daha vacib hala gətirib.

Baş verə biləcək müharibənin tərəfləri

Post-koronavirus dünyası ilə bağlı başqa bir məsələ də var ki, məqalədə bu məsələyə toxunmaq istəyirik.

Keçirdiyimiz bu böhranın dünya müharibəsinə çevrilmək riski varmı, yoxsa bəşəriyyəti nüvə müharibəsi gözləyir? Bu sualın cavabını müzakirə etmək üçün əvvəlcə müharibənin mümkün tərəflərini və aralarındakı güc balansını araşdırmaq lazımdır.

Tərəflər barədə çox seçim yoxdur. Bir tərəfdən, ABŞ-ın qarşısında mütləq Rusiya ilə Çin olacaq.

Müharibə simulyasiyalarının nəticələri

Güc balansları haqqında məlumat vermək üçün son illərdə edilən müharibə simulyasiyalarına baxa bilərik. Rəsmi və yarı rəsmi Atlantik mərkəzləri bu cür simulyasiyalardan çox istifadə edirlər. Xüsusilə də ABŞ öz silahlı qüvvələrini Rusiya və Çinlə müqayisə edir. Mətbuatda da əks olunduğu kimi, nəticələr ABŞ üçün ürəkaçan deyil. Bu simulyasiyalara görə, xüsusən Çin və Rusiya yan-yana olsa, ABŞ-ın qazanmaq şansı çox aşağıdır.

Üstəlik, bu cür simulyasiyalarda, xüsusən də, hərbi qüvvələr müqayisə edilir və Şərq ölkələri üçün üstünlük olan vətənpərvərlik, insan amili nəzərə alınmır. Müharibə təkcə silahla qazanılmır, ABŞ öz hesablarına görə bu bölgədə məğlub olur.

Rusiyanı Çindən ayırmaq strategiyası

ABŞ bilir ki, əgər Çin və Rusiya ona qarşı birləşsə, o, müharibəni qazana bilməyəcək. Trampın Rusiyanı Çindən uzaqlaşdırmaq və Pekini təcrid etmək strategiyası əbəs yerə deyildi. Ancaq bu da baş tutmadı. Əslində, Moskva və Pekin yaxın vaxtlarda bir-birinə daha çox yaxınlaşıb. Rusiya-Çin münasibətlərinin siyasi, iqtisadi və hərbi baxımdan öz qızıl dövrünü yaşadığını deyə bilərik. Koronavirusla mübarizə də bu əməkdaşlığı gücləndirib.

Buna görə, ABŞ-ın Çin və Rusiyanı ayırmadan müharibəyə girməsini gözləmək olmaz.

Soyuq Müharibə dövründə ABŞ üçün bu mənada əlverişli şərait var idi. Atlantik cəbhəsi 1949-cu il Çin inqilabı ilə ciddi şəkildə qorxuya düşmüşdü. SSRİ ilə Çinin ittifaqda olduğu bir dünya Qərb düşərgəsi üçün kabusa çevrilə bilərdi. Hətta bu təhlükəyə dərhal ad da qoymuşdular: qırmızı-sarı təhlükə. Lakin Moskva-Pekin ayrılığı (ideoloji debatlar, SSRİ-nin imperialist xarakter qazanması, sosializmdən uzaqlaşaraq Sovet sisteminin çökməsi və s.) Soyuq Müharibədə ABŞ-ın qalib gəlməsinin ən vacib səbəblərindən biri idi.

Çin-Rusiya münasibətlərində rəqabətin, yoxsa əməkdaşlığın üstünlük təşkil etməsi məsələsi dünyadakı güc balansları baxımından həlledicidir.

Bu gün ortaqlıq vacib məsələdir və buna görə, Avrasiyaya daha çox ağırlıq düşür. Bu ağırlıq yalnız hərbi cəhətdən də başa düşülməməlidir. Dünya iqtisadiyyatının Sakit okeana keçdiyini və Çinin böyümə sürətini də nəzərə almaq lazımdır.

Atlantik düşərgəsindəki zəifləmə

Güc balansındakı vəziyyət yalnız bundan ibarət deyil. Qərb düşərgəsinin öz daxilində də bir dağılma baş verir. Avropa ABŞ-ın əhatə dairəsindən çıxır. Halbuki Soyuq Müharibə dövründə həm Rusiya, həm də Çin bir-birindən ayrı idi və Avropa ABŞ-ın rəhbərliyi altında idi. Ən azından “kommunist təhdidi”nə qarşı birləşmişdilər. İndi isə Avropa ayrı bir qütbə çevrilmək yolundadır. NATO öz daxilindəki bütövlüyünü itirib, ümumi təhdidi zəifləyib və belə desək, NATO-dakı hər kəs ayrı bir hava oxuyur. Bəziləri üçün müttəfiq, digəri üçünsə təhlükəyə çevrilib.

NATO_flags.png" />

Pandemiya ilə Qərbdə dərinləşən ziddiyyətlər

Digər tərəfdən, koronavirusun yayılması Qərb düşərgəsindəki böhranı daha da dərinləşdirib. Hətta ciddi fasilələr var. AB quruluşunda vacib problemlərin ortaya çıxacağı dəqiqdir. Hətta parçalanma ehtimalından söhbət gedir. İtaliyada artıq AB-dən çıxmaq məsələsi qaldırılıb. Ölkənin nifrət etdiyi ölkələr siyahısında Almaniya birinci yerdədir. Bununla yanaşı, Qərb həmrəyliyi də nağıla çevrilib. Dünya ictimaiyyəti Qərb ölkələrinin bir-birlərinin maskalarını oğurladığına şahid oldu.

NATO ona üzv olan ölkələrin yardım istəklərinə müsbət bir cavab verə bilməyib. Bunun əksinə olaraq, Çin və Rusiya Qərb düşərgəsinə daxil olan ölkələrə yardım edərək ciddi bir nüfuz qazanıb. İtaliyada və ona bənzər ölkələrdə Rusiya və Çinə qarşı xeyli simpatiya artıb. Daha dəqiq desək, hamının gözü qarşısında belə bir baş verdi: Qərb bir-birindən oğurladı, Avrasiya isə əlindəkiləri nəinki öz aralarında, hətta Qərblə də bölüşdü. Hətta Nyu-Yorka enən rus yardım təyyarəsi tarixə düşdü.

Amerika Birləşmiş Ştatları Qərbdəki müttəfiqlərindən uzaqlaşarkən, Avrasiyadakı ortaqlarını da itirir. Unutmaq olmaz ki, dünya müharibəsinin mərkəz ərazisi ABŞ üçün əsas sahəyə çevriləcək. Buna görə, istər Qərbi Asiya, istər Yaxın Şərq, istərsə də Mərkəzi Asiyada olsun, ABŞ-ın mütləq şəkildə bölgədə yerləşməsi üçün bazalara ehtiyacı var.

Böyük Yaxın Şərq Layihəsi və Böyük Kürdüstan bu baxımdan vacib idi. Ancaq baş tutmadı. Bununla birlikdə, ABŞ-ın bölgədəki ənənəvi müttəfiqləri arasında fərqli cərəyanlar da yaranmağa başlayıb. Qətər fərqli bir istiqamətdədir, Səudiyyə Ərəbistanı isə müxtəlif balanslara nəzarət etməyə məcburdur.

Türkiyədən heç danışmadıq. Türkiyə də istiqamətini əsas olaraq Avrasiyaya çevirib. ABŞ bölgədə müharibə aparmaq üçün kifayət qədər baza tapa biləcək vəziyyətdə deyil.

ABŞ-ın məhv olmuş xarizması və çoxqütblü dünya

Bundan əlavə, zəifləyən ABŞ-ın koronavirus pandemiyası ilə birlikdə, xarizması da məhv olub. Hər şeyə qadir olan bir dövlət modeli çökməyə başlayıb. Pandemiyaya görə ABŞ-da ölənlərin sayı Vyetnam müharibəsindəki ölüm sayını da ötüb. Vyetnamın itkisi isə sıfırdır. Hətta ölkədəki Amerika səhiyyə qurumları belə bu məlumatların şişirdilmədiyini deyirlər. ABŞ yenidən Vyetnama məğlub olur. ABŞ-a apardığı syasətlərə görə verilən reaksiyadan başqa, Vaşinqtonun həm də ciddi nüfuz itkisi yaşadığı da məlumdur. Buna görə, təhdidləri də əvvəlki qədər dəhşətli görünmür. Koronavirusdan sonrakı dünya haqqında hər kəs tərəfindən qəbul edilən bir həqiqət var: qloballaşma, ABŞ hegemoniyası və təkqütblü dünyanın sonu gəlir, növbə çoxqütblü sistemin olacaq və bunlar da müharibə ehtimalı baxımından çox önəmlidir.

ABŞ daxilindəki atışmalar

ABŞ-ın öz daxilində daha ciddi problemləri var. Koronavirusla mübarizədə uğursuzluqla yanaşı, ABŞ-ın daxilində həm də bütövlük problemi var. Pandemiya ilə birlikdə ölkədə fərdi silahlanmanın artması diqqət çəkir. “Tualet kağızı” tapılmayanda insanların bir-birini vurması dəhşətli bir faktdır.

Digər tərəfdən, Avrasiya cəbhəsinin ən böyük silahı sosial həmrəylik və milli şüurun yüksəlməsidir. Pandemiya Atlantikdən kənardakı ştatlar arasında olan ziddiyyətləri də dərinləşdirir. Birləşmiş Ştatlar virusa qarşı sağlam və bütöv halda olmaqdansa, bir-birindən ayrılır. Bu ayrılıq, sözün əsl mənasında dövlət daxilində Tramp hakimiyyətə gəldikdən sonra yaranmışdı. Zəiflik təkcə insanlar arasında deyil, həm də dövlətlər arasındadır. Son bir neçə ildir dövlət qurumlarının arasındakı çəkişmələri izləyirik.

Vaşinqton öz daxilini düzəltməli olduğu halda, dünya müharibəsinə girişə bilərmi?

Əslində, Trampın seçkidən əvvəl “Xaricdən əl çəkək, gücümüzü və enerjimizi daxildəki problemləri həll etmək üçün sərf edək” açıqlaması ABŞ üçün ən məntiqli yol idi. Ancaq onun bu proqramı həyata keçirə bilmədiyini görürük.

Dünya müharibələri təcrübəsi

Əvvəlki iki dünya müharibəsinin nəticələrini araşdırdıqda imperialist paylaşmadan geri qalan, lakin müharibəni alovlandırmağa başlayan ölkələrin olduğunu görürük. Birinci və İkinci Dünya müharibələrində Almaniyanın rolunu bu şəkildə ümumiləşdirmək olar.

Bu gün isə ABŞ tənəzzülə uğrayır. Dünyada yeni bir nizam yaratmaq əvəzinə, öz nizamını qorumağa çalışır. Arxadan gələnlər müharibəyə yox, sülhə üstünlük verirlər.

ABŞ-ın bu enişi qəbul etməyəcəyi bəllidir, amma güc balansları da onun dünya müharibəsinə girməsinə mane ola bilər. Qarşıdakı dövrdə regional müharibələr və təxribatlar davam edəcək. Ancaq ümumi bir müharibə çox da ehtimal olunmur.

Nüvə müharibəsi baş verə bilərmi?

Bütün bunlardan başqa, məsələnin bir də nüvə müharibəsi tərəfi var. Sonda onu da qiymətləndirək.

ABŞ atom bombasını kəşf edən zaman bunu Yaponiyanın üstündə yoxladı. Ancaq bu texnologiya o dövrdə yalnız ABŞ-ın əlində idi. Ona cavab verməyə güc yox idi. Cəsarəti də bununla bağlı idi.

Lakin 1949-cu ildə SSRİ atom bombasına sahib olduqda nüvə silahından istifadə imkanı xeyli azaldı. İndi isə bir çox ölkədə bu texnologiyanın olması müəyyən qədər tarazlıq yaradır.

Atom bombası uzun müddət dağıdıcı şəkildə istifadə olunsa və ona qarşılıq verilsə, bu zaman nüvə müharibəsi gündəmdən düşə bilər. Nüvə silahının balanslı şəkildə paylanması, başqa sözlə, onun çoxalması ölkələrin nüvə silahından istifadə etməməsinə zəmanət verə bilər.

Bəli, dünya müharibəsi təhlükəsi yoxdur. Təbii ki, bu, Türkiyə üçün hərbi cəhətdən bir rahatlıq yaratmamalıdır. Əksinə regional qarşıdurmalar bir tərəfə, güc təkcə müharibədə qalib gəlmək üçün bir vasitə deyil, həm də mümkün müharibənin qarşısını almağın ən vacib şərtlərindən biridir. Buna sahib olan bir ölkə dünyanı fəlakətə aparan macəradan çəkinəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar