Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kifayət qədər önəmli nəticələri ola biləcək qərarlardır” - Müxalifətdən dəyişikliklərə reaksiya  

AXP sədri Pənah Hüseyn musavat.com-a bildirib ki, bu dəyişikliklər ciddi hadisədir...

Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət KomitəsiAzərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi və Mikayıl Cabbarovun iqtisadiyyat naziri təyin edilməsinə, həmçinin Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsinə müxalifət partiyalarının sədrləri münasibət bildirib.

AXP sədri Pənah Hüseyn musavat.com-a bildirib ki, bu dəyişikliklər ciddi hadisədir: “Super İqtisadiyyat Nazirliyi yaradılır ki, bu, yeni və ciddi haldır. Səmərəliliyi yəqin ki, sonrakı fəaliyyətdə məlum olacaq. Həm də bu, Mikayıl Cabbarova olan böyük etimadı nümayiş etdirdi. Ramiz Mehdiyevin isə vəzifədən gedəcəyi barədə söhbətlər çoxdan var idi. Burada yaş amili də rol oynayırdı. Yəni Ramiz Mehdiyevin vəzifədən gedəcəyi gözlənilirdi və bu, baş verdi. Siyasi nəticələrinə görə olduqca ciddi kadr dəyişikliyidir. Kifayət qədər önəmli nəticələri ola biləcək qərarlardır”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə musavat.com-a bildirib ki, ölkə idarəçiliyinin təmərküzləşdirilməsi lazım idi: “Biz də dəfələrlə bəyan etmişdik ki, ölkədə idarəçiliyi təmərküzləşdirmək lazımdır. Xüsusilə, komitə və nazirlikləri birləşdirməyə ciddi ehtiyac var. Ona görə də mən bu qurumların birləşdirilməsini müsbət addım hesab edirəm. Yəqin ki, hakimiyyət bu birləşdirilmələrin bu və ya digər tərəflərini hesablayıb edir. Təmərküzləşmə yaxşıdır, əlavə strukturlar aradan çıxacaq. Təmərküzləşmə davam etməlidir. Digər komitələr var ki, onlarda da davam etdirilməlidir. İqtisadiyyat naziri kimi Mikayıl Cabbarovun təyin olunmasına isə mən şərh verə bilmərəm. Prezident Konstitusuiyanın 109-cu maddəsinə uyğun olaraq, özünün iqtisadi siyasətini həyata keçirən strukturlara adamlar təyin edir, bu, onun səlahiyyətindədir. Niyə Mikayıl Cabbarovu seçib, sualına mən cavab verə bilmərəm. Prezident Administrasiyasının rəhbəri isə çoxdan dəyişdirilməli idi. Hər bir halda, dəyişikliklər olmalıdır və müsbətdir. Hətta dəyişilən adamın yerinə pisi gəlsə belə, bu da müsbət tendensiyadır. O mənada ən azı cəmiyyət dəyişikiliklərə, postların təhvil verilməsinə, bir vəzifənin ömürboyu bir adamın boyuna biçilməməsinə şahidlik edir. Bundan sonra da dəyişmələr davam etsə, cəmiyyətin bundan xeyir götürəcəyi şəksizdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar