Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamal Abdulla uğursuzluğunun fərqində deyilmi?

Emil Rasimoğlu yazır...

Mən tənqidçi deyiləm. Sadəcə bir qələm adamı olaraq mütaliə etdikcə bəzən oxuduqlarıma münasibət bildirirəm. Təbii ki, münasibət bildirmək üçün heç də xüsusən tənqidçi olmaq lazım deyil. Burası belə!

Demək, az öncə Kamal Abdullanın (yeni) “Qatardakı adam” hekayəsini (aramla və təhlillə) oxuyub bitirər-bitirməz dilimə gələn ardıcıl suallar: 

Hardadı burada ciddi mətn... məişət hadisəsinin ədəbi hadisəyə çevrilməsi... mövzunun modern qatdakı spesifik bədii təqdimi...

və yaxud da;

görəsən, Kamal Abdulla həqiqətən də mi bu hekayədəki yazıçı təfəkkürünün “hərəkətsizliyinin”... “sənətkarlığın ibtidai forması”nın... və bütün bunların fonundakı yaradıcılıq uğursuzluğunun fərqində deyil?

... Qısa xülasəni qeyd edim ki, demək, qatarda, bir kupedə yol gedən iki şəxsin biri digərinə məhəbbətdən güvəncsizliklə söz açıb, məktəb illərindəki yaşadığı bir məcaranı danışır. Məcaranın da məğzi budur ki, bu şəxs sevdiyi yaşılgöz qızı sonradan dostunun da sevdiyinin və qızın hər ikisinə eyni münasibətdə olmasının gizli şəkildə şahidi olur.

Bu qədər bəsit və məişətdə, müasir dövrdə “dabanı yeyilmiş olay”ın elə son dərəcə yorucu, “dabanı yeyilmiş ədəbi rənglər”lə də təqdimi...

Daha mən çox da vaxtınızı alıb, hekayənin təhkiyəsindən tutmuş daxili proseslərin ədəbi müstəvidəki problemlərini hissə-hissə incələmək fikrində deyiləm.

Klassikanın içində “boğulan”, əyni kürklü, ayağı çarığlı bu hekadəki qatarın səsi hələ də qulaqlarımdan çəkilmir... O səs ki, hekayəni oxumağa belə imkan vermirdi müəllifin hekayədəki qeyri-peşəkarlığı ilə. 

Bircə onu qeyd edim ki, müəllif kimi Kamal Abdullanı necə deyərlər, bu uğursuzluqların cəngindən hekayənin sonundakı qatardakı xidmətçinin gözlərinin yaşıl olması xilas edə bilərdi ki... orada da hekayə sadə qeyri-müəyyənliklə bitir. Əslində həmin qeyri-müəyyənlik həm də divarın o biri üzüdür. Məhz o detalın (sevgi məcarasını yaşayan şəxs və xidmətçinin gözlərinin yaşıl olması) üzərində Kamal Abdulla hekayəni yenidən yazsa bəlkə (də) uğurlu alınar. O da ki... BƏLKƏ də.

Poliqon.info


Etiket: Kamal Abdulla


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

Ən çox oxunanalar