Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İyunun 30-da keçirilən imtahanların nəticələri elan olunub

İmtahanın nəticələri saat 15:20-dən etibarən DİM-in internet saytında yerləşdirilib

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) ikinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün keçirilən imtahanların nəticələri açıqlanıb.

Mərkəzdən verilən məlumata görə, imtahanın nəticələri saat 15:20-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

9 illik orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, Azərbaycan və ya rus dili, əlavə xarici dil imtahanı verən abituriyentlər bu linkdən, eksternat qaydasında imtahan verənlər, üzrlü səbəbdən 9-cu sinif buraxılış imtahanlarında iştirak edə bilməyənlər isə buradan nəticələrini öyrənə bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 6461 abituriyentdən 1294 nəfəri imtahana gəlməyib. 2 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.

pia.az


Etiket: imtahan nəticə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var - Yenilənib

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Ən çox oxunanalar