Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtaliyanın ən məşhur şəhərlərindən biri canavar istilasından əziyyət çəkir...

İncəsənət və qastronomiya ilə məşhur olan İtaliyanın Siena şəhəri canavarların böyük istilası ilə üzləşib...

Poliqon xəbər verir ki, bu barədə The Telegraph qəzetinin məlimatında bildirilir. Nəşr yazır ki, Romadan təxminən 220 kilometr şimalda yerləşən Siena şəhərinin kənarında canavarların küçələrdə qayğısız gəzməsi getdikcə daha çox müşahidə olunur.

Ən son belə hadisə yanvarın sonunda, Toskana şəhərinin şimal kənarında, Porta Kamolliyada bir cüt yırtıcı müşahidə edildikdə baş verib.

Onları mobil telefonu ilə şəklini çəkə bilməyən avtomobil sürücüsü görüb. Lakin o, səlahiyyətlilərə xəbər verib və səlahiyyətlilər hadisə yerində canavar ovuna başlayıblar.

Soz zamanlar isə Sienada ev heyvanları, xüsusən də pişiklər itkin düşüb. İtaliyada canavarların sevimli ovlarından olan cüyürlərin parçalanmış qalıqları isə yaxınlıqdakı kəndlərdə tapılıb.

Vəziyyət o qədər narahatlığa səbəb olub ki, şəhər şurası bu həftə Toskana regional hökumətindən və milli orqan olan Ali Ətraf Mühit və Tədqiqat İnstitutundan kömək istəyib.

Canavarların mövcudluğuna səbəb olan amillərdən biri Siena kənarındakı kənd təsərrüfatı torpaqlarının çoxunun artıq becərilməməsidir. Şəhər meri bildirib ki, həmin ərazilər cüyür və çöl donuzu üçün məskunlaşan, canavarları cəlb edən kol-kosluğa çevrilib.
Sakinlərə həmçinin gecələr ev heyvanlarını qapalı yerlərdə saxlamaq və canavarları cəlb edə biləcək yemək qalıqlarını atmamaq tövsiyə olunub.

Avropa qanunları qadağan etdiyi üçün canavarları tələyə salmaq və ya güllələmək olmaz.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var

Ən çox oxunanalar