Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstiqlal muzeyində Zəfər həftəsi çərçivəsində silsilə tədbirlər davam edir

Azərbaycan İstiqlal muzeyində 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin ikinci ildönümü ilə əlaqədar Zəfər həftəsi (01-05.11.2022) çərçivəsində silsilə tədbirlər davam edir...

Həftə çərçivəsində 5 noyabr 2022 – ci il tarixində Azərbaycan İstiqlal Muzeyində “Tolerant ölkənin Qələbə marşı” adlı tədbir – sərgi keçirildi.
44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, haqq və ədalətin bərpası zamanı xalqımızla yanaşı əsrlər boyu Azərbaycanda sülh-əminamanlıq şəraitində yaşayan müxtəlif millətlərin və dinlərin təmsilçiləri də qəhrəmanlıq nümayiş etdiriblər.

Qarabağ müharibəsi Azərbaycan cəmiyyətinin fərqli dini və etnik-milli mənsubiyyətinə baxmayaraq həmrək olduğunu bir daha dünyaya sübut etdi.
Əldə olunan möhtəşəm zəfərdən illər keçsə də heç bir zaman rəşadətli Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi yaddaşlardan silinməyəcək, gələcək nəsillərə qoyulan bu qəhrəmanlıq mirası daima uca tutulacaq.
Sərgidə müxtəlif dini,etnik-milli mənsubiyyətinə aid olmasına baxmayaraq Azərbaycan ordusunda xidmət edən, torpaqlarımızın azad olunması uğrunda qəhrəmancasına şəhid olan kiçik çavuş Rəhimov Nurlan (Talış), əsgər İrapov İsmayıl (İngiloy), Babayev Samsun (Qaraçı), Denis Aleksandroviç (Rus), Qurbanov Elvin (Ləzgi), Cəfərov Ruslan (Ləzgi), Əhmədov Mahmuda (Azərbaycanlı) məxsus, muzeyin fondlarında qorunub saxlanılan şəxsi əşyalar, o cümlədən fərqli dinlərə aid əşyalar nümayiş olundu .

Tədbirdə şəhid ailələri, qazilər, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Birkönüllü tələbə təşkilatının könüllüləri, “İrəli İctimai Birliyi”nin üzvləri və digər qonaqlar iştirak etdilər.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay