Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Qəzzanı işğal edərsə, nələr baş verəcək - “Stratfor” Təl-Əvivi çətin günlərin gözlədiyini proqnozlaşdırır...

İsrailin bəyan etdiyi müharibənin məqsədi HƏMAS-ı məhv etmək və onun Qəzza zolağının idarəçiliyinə son qoymaqdır...

“İsrail Qəzzaya quru hücumu həyata keçirsə, çox güman ki, bu daha əvvəl həyata keçirilmiş Qərb Sahilinin işğalına bənzəyəcək. Bu da İsrail ordusunu sıxışdıracaq, xaricdəki müttəfiqlərindən uzaqlaşdıracaq və hazırkı hökumətin sabitliyi pozulacaq”.

Poliqon xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə yaxın olan “Stratfor” beyin mərkəzinin bölgədəki vəziyyətlə bağlı hazırladığı təhlildə bildirilir.

Məqalədə qeyd olunur ki, İsrail siyasətçiləri müharibədən sonra Qəzza zolağında siyasi və təhlükəsizlik vəziyyətinin necə ola biləcəyinə dair ipucu verirlər.

“AzPolitika.info” sözgedən təhlili ixtisarla təqdim edir:

“Oktyabrda İsrailin müdafiə naziri Yoav Gallant Qəzzada yeni “təhlükəsizlik rejimi” yaradacaqlarını bildirib və müharibənin üç mərhələdə davam edəcəyini deyib. Onun sözlərinə görə, birinci mərhələ, HƏMAS-ın Qəzza zolağına rəsmi nəzarətini sındırmaq üçün hava və quru kampaniyası olacaq.

İkinci mərhələdə HƏMAS qüvvələrinin maliyyə mənbələrinin ləğvinə diqqət yetiriləcək.

 

Üçüncü və son mərhələ isə İsrail ordusu Qəzzadan rəsmi şəkildə çıxacaq, amma bölgədə yeni təhlükəsizlik rejimi tətbiq edəcək. Müxalifət lideri və İsrailin keçmiş baş naziri Yair Lapid HƏMAS-dan sonra Qəzzada ən yaxşı rejimin İordan çayının qərb sahilini idarə edən Fələstin Muxtariyyəti (PA) olduğunu söylməişdi. Bundan bir gün sonra CNN telekanalı bildirib ki, İsrail bütün Qəzza zolağının ətrafında silahsızlaşdırılmış zona kimi daha dərin bufer zonası tikməyi planlaşdırır.

Bu şərhlərin İsrail hərbi kabinetinin Qəzzanın işğalına yaşıl işıq yandırdığı, hərbi qüvvələrinin əraziyə keçmək əmrini gözlədiyi vaxtda gəlməsi təsadüfi deyil.

İsrailin bəyan etdiyi müharibənin məqsədi HƏMAS-ı məhv etmək və onun Qəzza zolağının idarəçiliyinə son qoymaqdır.

Bu, 2021 və 2014-cü illərdəki Qəzza müharibələrinin məqsədi ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Çünki bu müharibələr zamanı İsrail HƏMAS-ın ona hücum etmək qabiliyyətini azaltmaq və onu cənub sərhəddinə təcavüz etməkdən çəkindirmək məqsədi qoymuşdu.

İsrailin işğalla bağlı siyasi qərarı ABŞ Prezident Co Baydenin 18 oktyabrda Təl-Əvivə səfər edərək onun müharibə səylərini dəstəkləməsindən sonra qətiləşib. Oktyabrın 10-da - HƏMAS-ın İsarilə qarşı keçirdiyi əməliyyatdan qısa müddət sonra Netanyahu ilə telefon danışığında Bayden Qəzzada yerləşən bu silahlı qruplaşmanı İŞİD-lə müqayisə etmişdi.

İsrail Qəəzanın quru işğalını başa çatdırdıqqdan sonra çox güman, bölgəni idarə etmək üçün ilk variantı PA-da axtaracaq. Lakin PA-nın legitimliyinin olmaması və İsraillə əməkdaşlıq etmək istəməməsi onun Qəzzada hakimiyyəti bərpa etməsində əsas maneə ola bilər. İsrailin quru işğalının tam həyata keçirilməsi həftələr çəkə bilər. Ehtimal ki, bu müharibə - İsrail əsgərləri, Fələstinli mülki şəxslər, HƏMAS döyüşçüləri və Fələstin İslami Cihad (PIJ) kimi digər qrupların yaraqlıları da daxil olmaqla - daha çox itkilərlə nəticələnəcək.

PA uzun müddətdir İordan çayının qərb sahilini idarə etmək üçün mübarizə aparır, amma korrupsiya və İsraillə əməkdaşlıq etdiyinə görə bölgədə nüfuza malik deyil. PA-nın büdcəsi boşdur, çünki beynəlxalq yardımlar dayanıb. Qurumun hazırkı prezidenti Mahmud Abbasın xəstə olması və bəlli varisinin olmaması da PA-nın çox populyar olmadığı Qəzza zolağında effektiv fəaliyyət göstərməsini çətinləşdirəcək.

Bundan əlavə, Prezident Abbas İsrailin Qəzzanı işğal etməsinə qarşı olduğunu açıq şəkildə bildirdi və ABŞ-ın İordaniyada keçirilən sammitdə iştirakına etiraz olaraq ora qatılmaqdan imtina etdi. Ona görə də Abbas çətin ki, israillilərin Qəzza zolağını idarə etməklə bağlı təklifini qəbul etsin.

PA 2021-ci ilin mayında İordan çayının qərb sahilində seçkilər keçirməli idi. Lakin HƏMAS-ın PA qanunverici orqanına seçilmək üçün kifayət qədər səs qazanacağından qorxaraq seçkiləri ləğv etdi. 2006-cı ildə oxşar seçkidə HƏMAS-ın qələbəsi Qəzza zolağında nəzarətini öz əlinə almasına səbəb oldu.

Abbas Qəzzanın “Əl-Əhli əl-Ərəbi” xəstəxanasında baş verən son partlayışı “müharibə cinayəti” kimi qiymətləndirib və İsraili günahlandırıb. Buna baxmayaraq, PA təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində etirazçılarla toqquşub. Çünki bir çox fələstinli onu İsrailin Qəzzada hazırkı hərbi kampaniyasına şərait yaratmaqda günahlandırıb.

Əgər PA nəhayət Qəzzaya nəzarəti ələ keçirsə, o, hakimiyyəti saxlamaq üçün İsrailin hərbi dəstəyindən asılı olacaq və xalqın etirazları başlayarsa, hakimiyyətdə qalmaq üçün İsrail Müdafiə Qüvvələrini (IDF) Qəzzaya müntəzəm müdaxilə etməyə məcbur edəcək.

 

Yerli əhalinin müqaviməti ilə üzləşməsinə baxmayaraq, İsrail bu variantı təklif edərsə, PA Qəzzanı qismən geri almağa razılaşacaq. Çünki bu, hökumət üçün azalmaqda olan beynəlxalq yardımı bərpa etməyin bir yolu olardı.

Körfəz Əməkdaşlıq Şurası artıq Qəzza zolağına təcili yardım üçün 100 milyon dollar vəd verib. Bu, həm də PA-nın hakim partiyası olan FƏTH-in rəqibi olan HƏMAS-ı zəiflətməyə kömək edə bilər. Bu, İsrailin işğalı ilə bağlı ictimai qəzəbin yerli və beynəlxalq səviyyədə soyuduqdan sonra PA-nın Qəzza zolağına nəzarəti ələ alacağını ehtimal yaradır.

Lakin bu variant qeyri-populyar olaraq qalacaq, çünki Qəzzanı yenidən qurmaq və onun sakinlərinin iqtisadi gözləntilərini qarşılamaq bir yana, PA-nın böyük sayda olan təhlükəsizlik qüvvələrini saxlamaq üçün kifayət qədər beynəlxalq yardım alacağına dair heç bir zəmanət yoxdur. Bu da nəticə etibarı ilə yeni etirazlara və iğtişaşlara səbəb olacaq.

PA Qəzza Zolağını ələ keçirməsə, ərazi yenidən İsrail təhlükəsizlik qüvvələrinin (İDF) hərbi işğalı altında qalacaq. İsraili yaraqlılardan gələn təhdidlərini və Qəzzadan raket hücumları riskini azaltmaq üçün uzunmüddətli işğala məcbur olacaq. İsrail üçün Qəzzanın uzunmüddətli işğalı daha çox itki, iqtisadi xərclər və siyasi çatlar deməkdir.

PA Qəzzanı idarə etməkdən imtina edərsə, İsrailin Ərazilərdə Hökumət Fəaliyyətlərinin Koordinasiyası (COGAT) faəliyyətə başlayacaq. İsrail hökuməti isə uzunmüddətli perspektivdə Zolağı idarə etmək üçün alternativ fələstinli tərəfdaşlar axtaracaq. Bu, İDF-ni fələstinlilərlə davamlı toqquşmalara və uzun müddətdir davam edən üsyana məruz qoyacaq.

 

İsrailin Qəzzada uzun müddətli hərbi mövcudluğu, ərəb dünyasındakı əsas dövlətləri, xüsusən də Səudiyyə Ərəbistanını özündən uzaqlaşdıracaq. ABŞ kimi Qərb müttəfiqləri də İsrail hökumətinə müharibənin qarşısını alacaq davamlı həll yolu tapması üçün təzyiq göstərəcəklər. (AzPolitika.info)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay