Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşğaldan azad olunmuş torpaqlarımız minalardan nə vaxt təmizlənəcək? - Açıqlama

Artıq 13 gündür ki, İkinci Qarabağ Müharibəsi başa çatıb. Hazırda cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri işğaldan azad edilən ərazilərimizin minalardan təmizlənməsinin hansı müddətə mümkün olacağıdır. Kimi bu prosesin 15 ildən çox vaxt alacağını, kimi isə maksimum 5 ilə başa çatacağını deyir.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, minalardan təmizlənmə sadəcə Azərbaycanın daxili resursların hesabına həyata keçirilərsə, bunun üçün 10 ildən çox vaxt lazım olacaq:

“Reallıq odur ki, proses uzun çəkəcək. Mina elə bir şeydir ki, heç vaxt itmir, ya gərək, onu zərərsizləşdirəsən, ya da o, səni öldürəcək, üçüncü variant yoxdur. Məsələn,1945-ci ildə İkinci Dünya müharibəsi başa çatdı, lakin bu günümüzə kimi müharibənin minalarla bağlı fəsadları davam edir. Leninqradda, o cümlədən Rusiyanın bu və ya digər şəhərlərində biz həmin onları görürük. Bu, bəlkə də biraz uğursuz müqayisədir, çünki döyüş meydanının genişliyinə görə, İkinci Dünya müharibəsi böyük idi, bu müharibədə 80 milyondan çox insan həyatını itirdi. Burada isə ərazi kiçikdir, amma mən bunu minaların xarakterini diqqətə çatdırmaq üçün deyirəm”.

Hərbi ekspert vurğulayıb ki, hazırda minaların təmizlənməsilə bağlı müasir texnologiyalar mövcuddur və yəqin ki, Azərbaycana bu qurğular gətiriləcək:

“Cənab Prezident ərazilərin minalardan təmizlənməsi məsələsinə xaricdən peşəkar mütəxəssislərin dəvət ediləcəyini dedi. Çünki bu, bizim daxili imkanlarımızın qısa müddətdə öhdəsindən gələ biləcəyi bir iş deyil. İndi elmin minların təmizlənməsilə bağlı müasir uğurları var. Yəqin ki, Azərbaycana yeni texnologiyalar gətiriləcək. Bu yeni, xüsusilə İsrail istehsalı texnologiyalar minaların təmizlənməsi üçün Azərbaycana gətirilsə, proses qısa müddətdə, təxminən 3-4 il ərzində tamamilə başa çatar. Çünki həqiqətən də, İsrail istehsalı texnologiyalar hesabına ərazilərin kompakt şəkildə minalardan təmizlənməsi çox sürətlə və etibarlı şəkildə həyata keçirilir. Artıq bu gün onların Azərbaycana gətirilməsi mümkündür. Təbii ki, digər dövlətlərdə də ixtisaslaşmış texnologiyalar var, sadəcə İsraili biz həmişə ən mükəmməl istehsalçı-brend kimi tanımışıq. Çünki heç bir ölkənin texnologiyası İsrail texnologiyasına çata bilmirlər. Dediyim kimi, onlar gətiriləndən sonra qısa müddətdə bu təxlükəni aradan qaldırmaq mümkün olacaq. Minaların bir qismini də canavarlar, dovşanlar, tülkülər partladacaq. Amma klassik formada çox çətin olacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay