Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsa Həbibbəyli Naxçıvanla bağlı aparılan islahatlardan danışdı 

"Prezident İlham Əliyev ölkəmizdə hərtərəfli surətdə inkişaf etmiş müasir dövlət və ədalətli cəmiyyət yaratmaq üçün geniş islahatlar aparır". 

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli deyib. 

Onun sözlərinə görə, aparılan məqsədyönlü islahatlar və dəyişikliklər müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilərək möhkəmləndirilməsinə uğurla xidmət edir: "Ölkəmizin bütün regionlarında həyata keçirilən islahatların Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi Prezident İlham Əliyevin davamlı olaraq inkişafına daim yüksək diqqət və qayğı göstərdiyi bu diyarın daha geniş miqyasda inkişaf etdirilməsinə təminat verir". 

İ.Həbibbəyli qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi institutunun tətbiq olunması müasir mərhələdə ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, idarəetmədə vahid rəhbərliyin təmin olunması və səmərəli idarəetmənin həyata keçirilməsi baxımından əhəmiyyətli addımdır: "Prezident İlham Əliyevin 22 dekabr 2022-ci il tarixli sərəncamı ilə Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunması yeni idarəçilik sistemi şəraitində regionun inkişafında müasir vəzifələrin həllinə lazımi şərait yaradacaq. Bütün bunlar nəticə etibarilə müstəqil Azərbaycan Respublikasının yeni tarixi epoxasında müasir çağırışlara cavab verən yeni cəmiyyət quruculuğuna öz töhfələrini verəcək".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay