Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrina Vereşuk: “Əsir düşən qadın hərbçilərimizin başlarını keçəl qırxır və soyundururlar”

“Ayaq üstə dayanmağa məcbur edirlər, oturmağa qoymurlar. Başlarını keçəl edirlər, müayinə üçün hər gün soyunmağa məcbur edirlər. İnsan ləyaqətini alçaldırlar”.

Bu barədə Ukraynada Baş nazirin müavini, ölkənin müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk rus əsirliyində ukraynalı hərbçi qadınlarla necə rəftar edildiyi barədə danışarkən bildirib.

Onun sözlərinə görə, Rusiya ilə üçüncü dəfə məhbus mübadiləsi həyata keçirilib, 10-u qadın olmaqla 26 ukraynalı azadlığa buraxılıb.

Vereşuk hazırda Rusiya və rusiyapərəst separatçıların əlində olan 1700-ə yaxın əsgər və mülki şəxsdən ən çox 500 qadından və onlarla rəftardan narahat olduğunu bildirib.

“Onlar bizim qorxmağımızı istəyirlər. Ağlamağımızı və qurban olmağımızı istəyirlər. Amma biz belə deyilik. Qızlarımız və qadınlarımız bizdən qələbəmiz üçün mübarizəyə davam etməyi xahiş edirlər”, - deyə o, vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Ən çox oxunanalar