Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda seçkilər: Prezidentlik yarışının əsas favoritləri kimlərdir?

İran İslam Respublikasında iyunun 18-də keçirilməsi gözlənilən seçkilərə 2 həftədən bir qədər çox vaxt qalıb. Qeyd edək ki, cənub qonşumuzun hazırki prezidenti Həsən Ruhani 2013 və 2017-ci il seçkilərində ardıcıl iki dəfə qələbə qazandığı üçün bu dəfə namizədliyini irəli sürmək hüququndan məhrum olub.

Ümumilikdə isə, seçkilərdə 7 namizəd prezident postu üçün mübarizə aparacaq. İranda keçirilən seçkilər Qərb ölkələri tərəfindən demokratik heasb olunmasa belə bir çox hallarda ciddi mübarizənin şahidi olmuşuq. 2009-cu ildə keçirilən seçimlərdə iki əsas namizəd- Mahmud Əhməd Nejat və etnik cəhətdən azərbaycanlı olan Mir-Hüseyn Musəvi arasında gərgin mübarizə yaşandı.

Musəvinin məğlubiyyəti isə ölkədə kəskin etirazlarla qarşılandı. Seçkilərdən sonra uzun müddət İranda aksiyalar səngimədi. 

Lakin 2013 və 2017-ci illərdə keçirilən seçimlərdə bu cür tendensiya müşahidə olunmadı və hal-hazırki prezident Həsən Ruhani ciddi rəqabətlə üzləşmədən qələbə qazanmağı bacardı.

İndiki vaxtda isə İranda keçiriləcək seçkilərin mühüm əhəmiyyətə malik olduğunu söyləmək olar. Xüsusilə də, Qərblə danışıqlarda müsbət irəliləmələrin müşahidə olunması İranın demokratiya yoluna qədəm qoya biləcəyi ehtimallarını yaradıb.

Lakin həm İran, həm də Qərb mətbuatında prezidentliyə əsas namizəd olaraq İbrahim Raisi göstərilir.

Qeyd edək ki, Ayətullah Əli Xameneiyə yaxınlığı ilə bilinən Raisi İranda mühafizəkar qüvvələrin sevimli nümayəndəsi hesab olunur. Xüsusilə də, ABŞ mətbuatında ölkədə əsas söz sahibi olan dini liderin yaxın adamının qonşu ölkənin yeni dövlət başçısı olacağı əminliklə bildirilir.

Həmçinin İbrahim Raisi İran İnqilab Keşikçiləri Korpusunun da güclü dəstəyinə malikdir.

Raisinin rəqibləri

Lakin prezidentlik postuna iddialı olan digər məşhur simalar da mövcud idi. Mahmud Əhməd Nejat, Əli Laricani kimi namizədlər mübarizəyə qatılmaq istəsələr də, adı çəkilən siyasətçilərin namizədliyi qeydə alınmayıb. 

Namizədliyi qəbul ediləcəyi təqdirdə, Raisiyə əsas rəqib ola biləcək siyasi fiqur isə Əli Laricani idi. Reformist ideyaların daşıyıcısı olan Laricani hazırki prezident Həsən Ruhaniyə siyasi yaxınlığı ilə bilinirdi. İranda yenilikçi düşüncəli şəxslərin böyük ümid bəslədiyi Laricaninin prezidentlik marafonuna qatıla bilməməsi seçkilərə olan marağın ciddi şəkildə azalaması ilə nəticələnib. 

Lakin indiki vəziyyətdə Raisi istisna olmaqla prezident seçkilərində iki ciddi namizədi fərqləndirmək olar:

Səid Cəlili və Mohsen Rezai. Hər iki siyasətçi daha əvvəl prezidentliyə iddiasını ortaya qoysa da uğursuzluğa düçar olublar.

7 namizəd arasında Cənubi Azərbaycandan olan siyasətçi də var.

Sözü gedən şəxs Mohsen Mehrəlizadədir. Şərqi Azərbaycan ostanında dünyaya gəlmiş Mehrəlizadənin İranın növbəti prezidenti seçilmə ehtimalı isə digər namizədlərə nisbətən xeyli aşağıdır. (Bizim.Media)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar