Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda ruhani forması geyinənlərlə Almaniyada nasist forması geyənlər arasında heç bir fərq yoxdur…

Clubhouse: “İndi İranda ruhani forması geyinənlərlə Almaniyada İkinci Dünya Müharibəsi zamanı nasist forması geyinənlər arasında heç bir fərq yoxdur”.

Borzou Daraqahi
Beynəlxalq jurnalist

PİA.az İran üzrə araşdırmaçı Borzou Daraqahinin qonşu ölkədə baş verən son hadisələrlə bağl təhlilini təqdim edir ...

Cavan oğlanlar və qadınlar az qala barmaqlarının ucunda, bəzən arxadan, bəzən də yan tərəfdən ruhanilərə yaxınlaşırlar. Sonra hörmətsizliyi, nifrəti, bəlkə də güclü bir çimdiklə - uşaqlığı özündə birləşdirən jestlə, mollanın sarğısını başından çəkirlər.

İran interneti gənclərin onilliklər boyu onlara hökmranlıq edən din xadimlərindən öz intiqamlarını aldığını göstərən belə videoçarxlarla doludur. Siz bu uşaqları, hətta ölkədə və diasporda onlara dəstək olan milyonlarla iranlını da qınaya bilməzsiniz.

İranın ruhaniləri ümumiyyətlə alçaldılmağa layiqdirlər. Ali lider Əli Xamneyi, onun hökumətin müxtəlif idarələrindəki ruhani köməkçiləri qorxaq məkrliləri 44 ilə yaxındır ki, iranlıları incidirlər. Onların əxlaq polisi 7 həftə həbsdə saxlanılan və sonra öldürülən 22 yaşlı Məhsa Emini kimi vətəndaşlarla müntəzəm olaraq pis və zalım rəftar edirdilər. Ruhanilər ölkənin sərvətlərini öz mənfəətləri üçün talayırlar. Onlar İranı qonşuları tərəfindən etimad göstərilməyən hamının qaçdığı yaramaz dövlətə çeviriblər.

Amma küçədə gəzən, öz işi ilə məşğul olan din xadimini hədəfə almaq müxalifət üçün yaxşı imic deyil və bundan imtina edilməlidir. Hələlik İran müxalifəti hərtərəfli müharibə yox, daha çox inqilab edir və onun əsas məqsədi xalq üsyanının rejimi devirə biləcək həddə çatmasını təmin etmək olmalıdır.

Müxalifət fəalları və yaraqlıları sadəcə olaraq, nisbətən zərərsiz oyunbazlıqla din xadimlərini hədəf almırlar. Gecənin qaranlığında mədrəsələri və Xamneyinin şöbələrini yandırılar. Qeyd edim ki, ötən həftənin sonunda ölkənin cənub-şərqində bir din xadimi öz avtomobilində güllələnib.

Clubhouse müzakirə proqramında bir iranlı fəal deyib: “İndi İranda ruhani forması geyinməklə Almaniyada İkinci Dünya Müharibəsi zamanı nasist forması geyinənlər arasında heç bir fərq yoxdur”.

Bu cür hədəfləri vurmaq üçün yaxşı səbəblər var. Xamneyi 33 illik ali rəhbərliyi dövründə dini qurumu rejimin uzantısına çevirib, dövlət vəsaitlərini onların korrupsioner nümayəndələrinin göstərişi ilə dini fond və mədrəsələrin xəzinələrinə töküb. Bu qurumlar sadə insanları terror edən fanatik BƏSİC üzvlərini yetişdirir. Onlar xaricdə rejimin əmrlərini yerinə yetirmək üçün istifadə edilən İraq, Livan və digər xarici döyüşçülərin hazırlanmasında rol oynayırlar.

Lakin bir çox iranlılar rejimin kobud sui-istifadələrinə, əsaslı korrupsiyasına və dərin səriştəsizliyinə nifrət etsələr də, dindar və ya ən azı mədəni və sosial baxımdan mühafizəkar olaraq qalırlar. Onlar qiyamdan kənarda qalan və dağınıq etirazlarda iştirak edən, təhlükəsizlik qüvvələrinin ölçülü zorakılıqla idarə edə biləcəyi bitərəflər arasındadır. Əgər bitərəfləri özlərindən uzaqlaşdırsalar, onlar kənarda qala bilər və ya da daha pisi- rejimin tərəfini tutarlar.

Clubhouse və Twitter-dəki söhbət otaqlarında ölkə daxilində və xaricində iranlılar həftələrdir ki, onları üsyana qoşulmağa necə şirnikləndirmək, inandırmaq və məcbur etmək barədə müzakirələr aparırlar. Ölkə daxilindəki fəalların çoxu rejimə müxalif olan və 1999-cu ildən əvvəlki etirazlarda iştirak etmiş milyonlarla yaşlı iranlını oturduğu yerlərdən qaldırıb küçələrə çıxarmaq barədə düşünürlər.

İranın dini mühafizəkarları hələ etirazlara qoşulmasalar da, bir çoxları Emininin qətlindən və ondan sonrakı hökumət repressiyalarından iyrənildiklərini və rejimin korrupsiya və səriştəsizliyindən hiddətləndiklərini deyirlər.

Bir fəal mənə belə dedi: “Onlar gələcəkdə baş verəcəklərdən qorxduqarı üçün bayıra çıxmırlar”. Onlar evdə qorxu içində otururlar, çünki uğur qazana biləcəklərini bilmirlər. Hər halda, uduzacaqlarını düşünürlər. Düşünürəm ki, bu kütlə çıxsa, etirazlar 4 dəfə arta bilər.

Rejimin xəbər agentlikləri və müdafiəçilərinin narahatlığı ondan ibarətdir ki, İran öz zorakı müxaliflərini sıxışdırmaq üçün əlində olan bütün vasitələrdən istifadə edən qətiyyətli və zorakı rejim ilə yeni Suriyaya çevrilə bilər.

İranın yeni bir Suriya olmasını istəmədiklərini söyləyən bu insanları üsyana qoşulmağa necə inandırnmaq olar? İranlı fəallar və mütəfəkkirlərin fikrincə, həll yollarından biri Xamneyi tərəfdarları tərəfindən hakimiyyəti inhisara alan rejimlə tamamilə daban-dabana ziddiyyət təşkil edən, birlik və əhatəlilik imicini, gələcək İran barədə cəlbedici baxış təqdim etməkdir.

Boston Kollecinin akademiki Məhəmməd Əli Kadivar isə deyir: “Birinci prioritet küçə nümayişləri, tətillər və ya oturaq aksiyalarla hərəkatdakı insanların sayını artırmaqdır”. Bunu etmək üçün təşkilatlanma başqa şeydir, gələcəyə ümid verən aydın baxış başqadır. Müxalifət ölkəni idarə etmək və həyatlarını yaxşılaşdırmaq imkanlarına malik olduğuna dair xalqa inam verməlidir.

Bəziləri üçün həzm etmək nə qədər çətin olsa da, bu, mühafizəkar iranlılara və ya keçmiş rejim tərəfdarlarına, istər din xadimləri, istərsə də SEPAH üzvləri və ya hətta əsas BƏSİC üzvləri olsun, gələcək İranda da onların yer alacaqlarına dair xoş mesaj vermək demək ola bilər.

İstər din xadimi, istərsə də hərbi geyimdə alçaq hərəkətlər edənlər törətdikləri cinayətlərə görə cavab verməli və qurbanlarının hesabını verməlidirlər. Bu cinayətlərə 22 yaşlı qadını küçədə təsadüfən yaxalamaq və islama zidd hesab edilən paltar geyindiyinə görə ona qarşı zorakılıq etmək də daxildir. Hərbi, dini və ya mülki olmasından asılı olmayaraq, repressiya mexanizminin tərkib hissəsi olan qurumlar yenidən təşkil edilməli və ya ləğv edilməlidir.

Amma hər hansı bir din xadiminin əmmaməsini başından atmaq yanlışdır və bu hərəkət İrandakı qiyamın İslam Respublikasının eynisini gətirə biləcəyinə dair yanlış mesaj verir. İranlılar idə daha yaxşısını edə bilər.

Tərcümə PİA.az aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay