Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda artıq 100 kiloqramdan çox 60%-ə qədər zənginləşdirilmiş uran var - Qrossi

İran sürətlə zənginləşdirilmiş uran ehtiyatını artırır və hazırda 100 kq-dan çox 60% zənginləşdirilmiş uran ehtiyatına malikdir...

Poliqon xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi Vyanada keçiriıən agentliyin Rəhbərlər Şurasının qarşısında çıxışı zamanı deyib.

“Mənim BMT Təhlükəsizlik Şurasının 2231 (2015) saylı qətnaməsi fonunda İran İslam Respublikasında yoxlama və monitorinqlə bağlı son hesabatım budur. Hesabatda qeyd olunur ki, İranın zənginləşdirilmiş uran ehtiyatı üç ayda 1/4-dən çox artıb. Buraya yarım tona yaxınlaşan 20%-ə qədər zənginləşdirilmiş U-235 və 100 kq-dan çox olan 60% U-235-ə qədər zənginləşdirilmiş uran ehtiyatları daxildir”, deyə MAQATE rəhbəri bildirib.

Baş direktor martın 4-dən İranla birgə bəyanatın icrasına başlandığını da bildirib. Belə ki, mayın əvvəlində agentlik tərəfindən rotor boruları, sentrifuqalar və körüklər istehsal olunan obyektlərdən birində sexlərdə müşahidə kameraları quraşdırılıb. Bundan əlavə, bəyan edilmiş obyektlərdə İran tərəfindən hasil edilən yüksək zənginləşdirilmiş uranın zənginləşdirilməsi səviyyəsinə nəzarət etmək üçün agentlik ilk dəfə olaraq Fordo Zənginləşdirmə Mexanizmi, eləcə də Natanq Pilot Zənginləşdirmə Mexanizmində monitorinq cihazı quraşdırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar