Bazar ertəsi, 04 Dekabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda 27 yaşlı gənc milli komandasının məğlubiyyətinə sevindiyi üçün güllələnib

İrandakı insan haqları qrupları bildirirlər ki, Mehran Samak İranın ABŞ-la oyunda məğlubiyyətini qeyd etmək məqsədilə avtomobilində siqnal verdiyinə görə, təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb…

PİA.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Qətərdə və İranda stadionun daxilində və xaricində hökumət əleyhinə nümayişlər keçirilərkən İran milli komandası ABŞ-a uduzaraq dünya çempionatını tərk etdikdən sonra bir iranlı təhlükəsizlik qüvvələri tərəfindən güllələnib.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Tehranın şimal-qərbində, Xəzər dənizi sahilində yerləşən Ənzəli şəhərində 27 yaşlı Mehran Samak oyun bitdikdən sonra avtomobilində siqnal verdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürülüb.

Osloda yerləşən İran İnsan Haqları (IHR) qrupu bildirib ki, Samak “milli komandanın Amerikaya məğlubiyyətindən sonra təhlükəsizlik qüvvələri tərəfindən birbaşa hədəfə alınıb və başından vurulub”.

Qeyd edək ki, ABŞ-la İran arasında 40 ildən artıq bir müddətdə diplomatik əlaqələri kəsilib. Sentyabr ayında 22 yaşlı kürd qadın Məhsa Əmininin həbsdə öldürülməsindən sonra başlayan etirazlarla bağlı İki ölkə arasında gərginlik daha da artıb.

İran İnsan Haqları qrupunun məlumatına görə, İranın təhlükəsizlik qüvvələri etirazların yatırılması zamanı 60-ı 18 yaşdan kiçik uşaq və 29 qadını olmaqla, ən azı 448 nəfəri öldürüb.

ABŞ matçında oynayan və Ənzəlidən olan iranlı yarımmüdafiəçi Saeid Ezatolahi Samakı tanıdığını açıqlayıb və onların gənclərdən ibarət futbol komandasında olarkən birlikdə çəkdirdikləri şəklini yayımlayıb.

Ezatolahi İnstaqramda Samakı “uşaqlıq komanda yoldaşı” kimi təqdim edərək, “Dünən gecəki məğlubiyyətdən sonra sənin vəfat xəbərin ürəyimi yandırdı”, deyə yazıb.

Nyu-Yorkda yerləşən İran İnsan Haqları Mərkəzi (CHRI) də Samakın sevinç işarəti verrərkən təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü bildirib. CHRI çərşənbə günü Samakın Tehranda dəfn mərasimindən video yayımlayıb. Həmin videoda dəfn mərasimində iştirak edənlərin “diktatora ölüm” qışqırdığını eşidilir. Qeyd edək ki, İranın ali dini lideri Ayətullah Əli Xameneyiyə ünvanlanan bu şüar etirazların əsasını təşkil edir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polislərə müqavimət göstərərək daşla xəsarət yetirməyə cəhd edənlər həbs edilib

DİN-dən Qəbələdəki görüntülərlə bağlı açıqlama

Güclü qar Moskvanı iflic edib – Təyyarə reysləri təxirə salınıb

Şəhriyar qəsəbəsinin iki min nəfərin yaşadığı bir hissəsi susuz qalıb - Video

Yevlaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Qəzzada münaqişə başlayandan bəri ölənlərin sayı açıqlandı

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 800 tunelini aşkar edib

Hindistanın hakim partiyası seçkilərdə dörd əsas ştatdan üçündə qalib gəlib

Nurlan Əzizbəyli “ulduz”lardan danışdı: “Toya getdikləri qiymət dodaq uçuqladır” 

Ən çox oxunanalar