Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlyas Hüseynov: Ermənistan ərazisi heç vaxt “Sülh qovşağı”na çevrilməyəcək...

“Zəngəzur dəhlizi” olmadan Ermənistan “Sülh qovşağı”na çevrilə bilərmi?..

Politoloq: “Nikol Paşinyan Tbilisidə göstərdiyi xəritədə Ermənistanı “Sülh qovşağı” kimi görür. Amma bu absurd yanaşmadır”.

Ermənistan Rusiyanı çıxdaş etmək niyyətindədir, Rusiyanı kənarda saxlamaq məqsədi güdür. Bunun özü Qərbin Ermənistan üzərindən regiona təsir etmək imkanlarını büruzə verir”.

Bu sözləri politoloq İlyas Hüseynov Paşinyanın regionda nəqliyyat dəhlizlərinin açılması ilə bağlı avantüralarını Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Azərbaycan regional kominikasiya və tranzit yollarının açılmağında maraqlıdır və eyni zamanda Azərbaycanın bu məsələ ilə bağlı konkret və önəmli bir mövqeyi var. Ermənistanın isə bu günə qədər “Zəngəzur dəhlizi”nə mane olmağa çalışdığını çox açıq- aşkar şəkildə görmüşük. Lakin son zamanlar Ermənistanda bu məsələ ilə ba\lı bir canlanma müşahidə olunur. Nikol Paşinyan son zamanlar Ermənistandan keçən “Sülh qovşağı” nəqliyyat dəhlizlərindən danışır.

“Zəngəzur dəhlizi” olmadan Ermənistan “Sülh qovşağı”na çevrilə bilərmi? Ümumiyyətlə, Paşinyanın regionda nəqliyyat dəhlizlərinin açılması ilə bağlı avantüralarını necə dəyərləndirmək olar? Yaxın zamanlarda proseslər hansı istiqamatdə cərəyan edəcək?

Mövzunu Poliqon-un əməkdaşı Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynovla müzakirə edib.

İlyas Hüseynov: “Nə qədər ki, Azərbaycana qarşı müxtəlif manikulyativ addımlar atılacaq, Ermənistan ərazisi heç də “Sülh qovşağı”na çevrilməyəcək və bu istiqamətdə hər zaman maneələr olacaq”.

Ermənistanın öz spekulyasiyaları ilə ölkəsini geopolitik dalana çevirmək üzrə olduğunu nəzərə çatdıran politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu da, onların seçimidir:

“Qeyd etmək lazımdır ki, regional sülhün gücləndirilməsi, təhlükəsizlik mühitinin daha da inkişaf etdirilməsi baxımından bölgədəki nəqliyyat və kommunikasiya xətlərinin açılması mühüm əhəmiyyət kəsb edir. Yəni, ticari-iqtisadi münasibətlər nə qədər tez bərqərar olunarsa, bu sülh mühitinə, birgə yaşayışa müsbət təsir göstəcək. Bu Azərbaycanın mövqeyidir və bu mövqe artıq üç ildir ki, bütün tərəflərə bəyan olunub. Lakin Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək və 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli birgə bəyanatın icrasından da boyun qaçırır.

Bu azmış kimi hələ bəyanatın təhrif olunması faktı da ortadadır. Bildiyimiz kimi, üçtərəfli bəyanatın 9-cu maddəsində göstərilir ki, dəhlizin təhlükəsizlik təminatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təmin ediləcək. Ancaq Nikol Paşinyan açıq şəkildə bəyan edir ki, belə bir müddəa yoxdur. Ermənistan bununla Rusiyanı çıxdaş etmək niyyətindədir, Rusiyanı kənarda saxlamaq məqsədi güdür. Bunun özü Qərbin Ermənistan üzərindən regiona təsir etmək imkanlarını büruzə verir və Ermənistanın Fransa ilə çox sıx əməkdaşlıq etməsinin səbəbləri aydın olur. Bununla da regional müstəvidə İrəvan və Paris iş birliyi ortaya çıxır.

Nikol Paşinyan Tbilisidə göstərdiyi xəritədə Ermənistanı “Sülh qovşağı” kimi görür. Amma bu absurd yanaşmadır. Çünki bu gün Ermənistanın sərhədlərinin əksər hissəsi bağlıdır. Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin açılması yalnız ölkəni blokada vəziyyətindən çıxara bilər, ölkə üçün hər hansısa qazanc və dividentlər formalaşdıra bilər. Bunun üçün ilk növbədə ərazi iddialarına son qoyulmalı, işğalçılıq planları aradan götürülməli, revanş haqqında bütün düşüncələr kənara qoyulmalıdır.

İlyas Hüseynov: “Ermənistanın havadarları ölkənin suveren qərar qəbul etməsinə qarşı çıxır”.

Belə olan halda, hər hansısa sülhdən və dayanıqlı iş birliyindən, təhlükəsizlik arxitekturasının güclənməsindən danışmaq olar. Nə qədər ki, Azərbaycana qarşı müxtəlif manikulyativ addımlar atılacaq, Ermənistan ərazisi heç də “Sülh qovşağı”na çevrilməyəcək və bu istiqamətdə hər zaman maneələr olacaq. Çünki son dövrlər Ermənistanın kaprizləri nəticəsində daha çox mövqe bundan ibarətdir ki, Azərbaycan məhz iqtisadiyyat, nəqliyyat əlaqələrinin, kommunikasiya arteriallarını İran üzərindən icra edə bilər. Artıq burada bir ortaq mövqe güclənməkdədir.

Beləliklə, Ermənistan öz spekulyasiyaları ilə ölkəsini geopolitik dalana çevirmək üzrədir. Bu da, onların seçimidir. Çünki dəfələrlə Azərbaycan uyğun şərtlərlə kommunikasiya xətlərinin açılmasını irəli sürürdü və digər geopolitik mərkəzlər də bunu dəstəkləyirdi. Lakin Ermənistanın havadarları ölkənin suveren qərar qəbul etməsinə qarşı çıxır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Ən çox oxunanalar