Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev: “44 günlük müharibədə Qazaxıstan, Türkmənistan və İrandan Ermənistana silah daşınıb”

“Biz bilirik ki, Ermənistan Qarabağdakı müharibəyə Rusiyanı cəlb etmək istəyirdi. Lakin bu, baş tutmadı. Çünki biz öz torpaqlarımızda döyüşürdük”. 

PİA.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev ADA Universitetindən keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib.

Prezident deyib ki, Ermənistan dəfələrlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının öhdəlikləri ilə manipulyasiya etməyə cəhdlər göstərib.

İlham Əliyev bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə yük təyyarələri vasitəsilə Rusiyadan Ermənistana müntəzəm olaraq silahlar daşınıb.

“Biz bu marşrutu izlədik – Rostovdan və Mozdokdan gəlirdi. Biz gürcüstanlı dostlarımıza dedik ki, onlar hava məkanını bağlasınlar və onlar bunu etdilər. Eyni zamanda, onlara dedik ki, Rusiyadan Ermənistana Gürcüstanın quru ərazisindən silah daşınmasının qarşısını alsınlar. Onlar quru yolunu da bağladılar. Biz Xəzəryanı dövlətlərə məktub göndərdik ki, onlar Rusiya yük təyyarələrinin öz ərazilərindən Ermənistana silah daşınmasına icazə verməsinlər. Bu barədə Qazaxıstan, Türkmənistan və İrana müraciət yollamışdıq. Lakin təəssüflər olsun ki, həmin ərazilərdən silah daşınması üçün istifadə edildi və o silahlar Ermənistana daxil oldu”, - deyə İlham Əliyev bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar