Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki qardaşı FHN-də rəis işləyən DGK generalı səlahiyyətsiz qalıb 

Dövlət Gömrük Komitəsi sədrinin müavini, general-leytenant Əsgər Abdullayevin vəzifə səlahiyyətləri əlindən alınıb. 

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Əsgər Abdullayevin adı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan komitənin vəzifəli şəxsləri ilə iş birliyində hallanır. Məlumata görə, general artıq Bakıda və Naxçıvanda keçirilən əməliyyatlara görə istintaq orqanları tərəfindən dindirilib.

2006-cı il iyunun 21-dən Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsini tutan Əsgər Abdullayevin kurasiyasında Əməliyyat və İstintaq Baş İdarəsi, Növbətçi Hissələrin İdarəedilməsi Xidməti, Baş Gömrük Mühafizə Xidməti və Kinoloji Mərkəz olub.

Əməliyyat və İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Məsum Rəsulov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs edilib. Baş Gömrük Mühafizə Xidmətinin 76 yaşlı rəisi, general-mayor İsmayıl Ələkbərov və Növbətçi Hissələrin İdarəedilməsi Xidmətinin rəisi, polkovnik Əjdər Abdullayev isə təqaüdə göndəriliblər. 

Əsgər Abdullayev 1996-2006-cı illərdə Dövlət Gömrük Komitəsində idarə rəisi və Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib. Bu illər ərzində komitənin sabiq sədri və hazırda fövqəladə hallar naziri olan general-polkovnik Kəmaləddin Heydərovla çox yaxın münasibətləri olub.

Əsgər Abdullayevin hazırda iki qardaşı - Qüdrət və Adil Abdullayevlərin FHN-də yüksək vəzifə və rütbələri var. 

Belə ki, Adil Abdullayev Kəmaləddin Heydərov DGK-nın sədri olduğu dönəmdə də gömrükdə çalışıb. O, FHN-ə transfer olunduqdan sonra general-mayor rütbəsinə kimi yüksəlib və hazırda Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisidir. Polkovnik Qüdrət Abdullayev isə FHN-in Baş Əməliyyat İdarəsində çalışır. 

Kəmaləddin Heydərova yaxınlığı ilə tanınan Əsgər Abdullayev gömrükdə kurasiyasında olan idarə və təşkilatlara cavabdehlik vəzifəsindən kənarlaşdırılıb, hazırda isə yalnız sədr müavini kimi yola salınacağı günü gözləyir. 

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən “Qaynarinfo”ya bildirilib ki, general-leytenant Əsgər Abdullayev sədr müavini vəzifəsindədir və onun işdən azad olunması ilə bağlı Prezidentin sərəncamını yoxdur.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

Ən çox oxunanalar