Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İctimai nəqliyyatda gediş haqqı bahalaşacaq" - Ekspert

““Azəristiliktəchizat”ın noyabrın 15-dən verdiyi istiliyin qiyməti artacaq. Bu il həmçinin ictimai nəqliyyatda da gediş haqqı bahalaşacaq”.

PİA.az xəbər verir ki, bu sözləri əməkhaqqıları, əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərin məbləğlərinin artırılacağı ilə bağlı qərarı dəyərləndirən iqtisadçı Qubad İbadoğlu deyib.

İqtisadçı hesab edir ki, böyük ehtimalla sözügedən artım gələn ilin yanvarından deyil, ən yaxşı halda ikinci rübündən həyata keçiriləcək:

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ötən ilin yanvar-sentyabr aylarına nisbətən inflyasiya 5,2 faiz olub. Eləcə də ərzaq məhsulları, içkilər və tütün məmulatları 6 faiz, qeyri-ərzaq məhsulları 4,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 4,6 faiz bahalaşıb. Görünür ki, inflyasiya səviyyəsinin məqsədli şəkildə aşağı göstərilməsi növbəti ildən pensiya istisna olmaqla əməkhaqqıları, sosial müavinətlər və təqaüdlərin 5-10 faiz artırılmasına hazırlıq xarakteri daşıyır.

Pensiyalara gəlincə, gələn ilin fevral ayında pensiyaların indeksləşdirilməsi orta illik artım tempinə uyğun aparılacaq. DSK-nın məlumatına görə, 2021-ci ilin yanvar-iyul ayları 2020-ci ilin yanvar-iyul aylarına nisbətən orta aylıq nominal əməkhaqqı 1,8 faiz artıb. Bu rəqəm ilin sonunadək iki dəfə yüksələcəyi halda pensiyalar 2, 3 və ya 4 faiz indeksləşdirilməklə gələn ilin yanvar ayından arta bilər. Belə olanda da pensiyaların artımı cüzi məbləğlərlə ifadə olunacaq”.(Pravda.az )

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar