Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökumətə suallarım var: 2,5 milyard dollar hanı?

Natiq Cəfərli, iqtisadçı ekspert

Hökumətə suallarım var: 2021-ci ilin yanvar-mart ayları ərzində Neft Fondunun mənfəət neftinin və qazın satışından daxil olan vəsait 1 696,6 milyon manat – yəni, tam 1 mlrd. dollar olub. Gömrük Komitəsinin rəsmi məlumatına görə, 2021-ci ilin yanvar-mart ayları ərzində ölkədən 2 mlrd. 664 mln dollarlıq xam neft, 867 mln. dollarlıq isə təbii qaz ixarc olunub. Hər iki istiqamət üzrə ixrac 3 mlrd. 540 mln. dollar olub.

Bu məbləğın 1 mlrd. dolları Neft Fonduna daxil olubsa, yerdə qalan 2 mlrd. 540 mln. dollar hardadır?! Bunun içində SOCAR-ın ayrıca satdığı, Neft Fonduna daxil olmayan neft-qazın payı nə qədərdir? Hasilatın pay bölgüsü müqaviləsinə görə xarici şirkərlərə ödənilən məbləğ nə qədərdir? Əgər Neft Fonduna qaz satışından daxil olan məbləğ çox azdırsa, bu zaman ilk 3 ayda satılmış qazın həcmini (867 mln. dollar) nəzərə alsaq, qaz satışından sırf bizə - Azərbaycana düşən pay nə qədərdir? Azdırsa, nədən rəsmi məlumatlarda, “Azərbaycan qaz satışından yüzmilyonlarla dollar gəlir əldə edir”, kimi başlıqlar qoyurlar?

Neftin hər barelinin maya dəyəri neçəyədir? Təbii qazan hər 1000 m3-nin maya dəyəri nə qədərdir?

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar