Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistan hökumətinin media qadağasına YouTube və Twitter boyun əyib...

Hindistanda “BBC”-nin çəkdiyi sənədli filmin nümayişinin sosial şəbəkədə yayımına da qadağa qoyulub...

Hindistan 2002-ci ildə baş vermis Qucarat iğtişaşları zamanı baş nazir Narendra Modinin rəhbərliyini şübhə altına alan, “BBC” tərəfindən istehsal olunmuş sənədli filminin yayımını əngəlləyib. Bildirilib ki, hətta sosial media vasitəsilə hər hansı klipin paylaşılması qadağandır.

PİA.az xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Hökumətin müşaviri Kançan Gupta şənbə günü Twitter hesabında bildirib ki, kliplərin paylaşılmasının qarşısını almaq üçün qərar ölkənin informasiya texnologiyaları qaydalarına uyğun olaraq hökumətə verilən fövqəladə səlahiyyətlərdən istifadə edilərək qəbul olunub.

Gupta bildirib ki, “BBC”-nin sənədli filmi Hindistanda yayımlamasa da, video bəzi YouTube kanallarında yüklənib. Gupta bildirib ki, hökumət “Twitter”dən sənədli filmin videosuna aid 50-dən çox tvitin bloklanması barədə xahiş edib və eyni zamanda YouTube-a videonun istənilən yüklənməsini qadağan etmək tapşırılıb. O əlavə edib ki, həm YouTube, həm də Twitter təlimatlara əməl edib.

Modi Qucarat ştatınının qrəbində baş nazir olan zaman həmin əyalətdə social iğtişaşlar baş vermis və hökumət qüvvələrinin zorakılğı nəticəsində 1000-dən çox adam həlak olmuşdu ki, onların də əksəriyyəti müsəlman idi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Ən çox oxunanalar