Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həsənquliyevdən azərbaycanlı fəalla bağlı - Müraciət

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev İran İslam Respublikasının (İİR) Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Cavad Cahangirzadəyə açıq məktub yazıb

PİA.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab səfir,

Mən Azərbaycan-İran münasibətlərinin daha da yaxşılaşmasını istəyən bir siyasətçi kimi sizin də bu istiqamətdə göstərdiyiniz səylərin səmimiliyinə inandığımdan və beynəlxalq hüquqa görə insan haqlarının heç bir dövlətin daxili işi olmadığını, İranın islami dəyərlərə sadiq olan hüquqi dövlət olması barədə verdiyi bəyanatları, o cümlədən rəhbərlik etdiyiniz diplomatik nümayəndəliyin və BAXCP-nin normal əməkdaşlıq münasibətlərinin yaranmasında maraqlı oduğunu nəzərə alaraq sizə açıq məktubla müraciət etmək qərarına gəldim.

Hörmətli Cavad bəy,

Ərdəbil sakini, öz milli-mədəni hüquqları uğrunda mübarizə aparan Abbas Lisaninin mütəmadi olaraq təqib olunması, sonuncu həbsindən 24 gün keçməsinə baxmayaraq həyat yoldaşı Rüqəyya Əlizadəyə onun harada saxlanılması və səhhəti barədə heç bir məlumat verilməməsi bütün tərəqqipərvər insanlar kimi Azərbaycan ictimaiyyətini də ciddi narahat edir.

İİR ilə Azərbaycan xalqının səmimi dostluğu İranda, öz ata-baba yurdlarında yaşayan Azərbaycan türklərinin hüquqlarına hörmət göstərilməsindən, bir milyon müsəlmanı öz ev-eşiyindən didərgin salan, torpaqlarımızın 20%-ni işğal edən, islam və Azərbaycanın milli mədəniyyətinə aid minlərlə abidəni, muzeyləri dağıdan işğalçı Ermənistanla münasibətlərinizin səviyyəsindən asılıdır. Ümid edirəm bu sadə həqiqəti ölkənizin müvafiq rəsmilərinə çatdıracaq, Abbas Lisaninin hüquqlarının bərpa olunmasına öz tövhənizi verəcəksiniz

Hörmətlə,

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev.” (Axar.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar