Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - Video

Müdafiə Nazirliyinin 2024-cü il üçün hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir...

Poliqon MN-ə istinadən xəbər verir ki, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunurlar.

Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilir.

Təlim toplanışı çərçivəsində plana uyğun olaraq, hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Prezident Beyləqana yeni icra başçısı təyin edib

Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - Sərəncam

Qusar Rayon İcra Hakimiyyətinə başçı təyin edilib

Ən çox oxunanalar