Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi ekspert: Bu, FTX-nin məğlubiyyətidir, onlar yeni təxribat hazırlayacaq...

Ekspert hesab edir ki, FTX artıq uduzub və Gerasimovla Şoyqu mövqelərini kifayət qədər möhkəmləndirib...

“İndi heç kim Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu işdən çıxarmayacaq. Çünki onlar indi kifayət qədər ciddi yüksəlişdədirlər və mövqelərini gücləndiriblər. Sadəcə Sergey Surovikinin Aerokosmik Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilməsi Federal Təhlükəsizlik Xidmətinin (FTX) məğlubiyyətidir. Çünki o, müstəsna olaraq FTX generalıdır”.

Poliqon xəbər verir ki, bunu Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musyenko deyib.

Ekspert general Sergey Surovikinin Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilməsinin FTX ilə Müdafiə Nazirliyi arasında münasibətlərə necə təsir edəcəyi barədə danışıb. Xüsusən də Surovikinin işdən çıxarılması kontekstində jurnalistlər ekspertdən “Kreml sütunlarının çatlaması” ilə bağlı məlumatı şərh etməyi xahiş ediblər.

Bir müddətdir FTX Valeri Gerasimov və Sergey Şoyqunun işdən çıxarılmasını tələb edirdi. Lakin ekspert hesab edir ki, FTX artıq uduzub və Gerasimovla Şoyqu mövqelərini kifayət qədər möhkəmləndirib.

O, xatırladıb ki, Surovikinin Ukraynaya qarşı müharibənin tərəfdarları olan qruplaşmada yer alıb. Xüsusən də hidrogen bombası və s. silahlardan istifadə ilə hədələyən rus generalı idi.

“Düşünürəm ki, indi növbəti mübarizə başlayacaq. İstisna etmirəm ki, FTX Müdafiə Nazirliyini gözdən salmaq üçün hansısa təxribat yaradacaq və bu, bizim üçün (Ukrayna) çox yaxşıdır”, deyə ekspert vurğulayıb.

Qeyd edək ki, avqustun 22-də Sergey Surovikinin 2017-ci ildən tutduğu Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinin baş komandanı vəzifəsindən uzaqlaşdırıldığı barədə məlumat yayılıb. 2022-ci il oktyabrın 8-dən "Vaqner"in fəxri üzvü olan bu rus generalı Ukraynaya qarşı müharibəyə rəhbərlik edib. 2023-cü il yanvarın 11-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu onu tutduğu vəzifədən uzaqlaşdırıb. Sonra Rusiya Baş Qərargahının rəisi Valeri Gerasimov Ukraynadakı rus qoşunlarının birləşmiş qruplaşmasının komandiri, Surovikin isə onun müavini təyin edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay