Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hər il Vergi Məcəlləsində dəyişikliklərin aparılması nə qədər doğrudur?

Vergi Məcəlləsinə yenidən dəyişikliklər nəzərdə tutulur...

İqtisadçı-ekspert: “Təbii ki, sahibkarlar, iş adamları üçün vergi dərəcələrinin və rüsumlarının sabit olması, az olması qəbul olunandır”.

“Vahid vergi siyasəti aparılmalıdır. Əslində Gömrük Komitəsi Komitə kimi ləğv olunmalıdır. Komitənin vergi yığmaq funksiyası Vergilər Xidmətinə verilməlidir”.

Bu sözləri iqtisadçı-ekspert Nazim Bəydəmirli Vergi Məcəlləsində nəzərdə tutulan dəyişiklikləri PİA.az-a şərh edərkən qeyd edib.

2023-cü ilin dövlət büdcəsi paketində Vergi Məcəlləsinə yenidən dəyişikliklər nəzərdə tutulur. Hər il Vergi Məcəlləsində dəyişikliklərin aparılması nə qədər doğrudur? Bu biznesə necə təsir edir?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “İllərdir deyirəm ki, ölkədə bir qurum vergiylə məşğul olmalıdır. Amma faktiki olaraq Azərbaycanda üç dövlət qurumu vergi yığmaqla məşğuldur”.

Vergi Məcəlləsində müsbət mənada irəliləyişlərin çox olduğunu vurğulayan ekspert PİA.az-a bildirib ki, yenə də ölkədə vergi sahəsində yarımçıqlıq var:

“Təbii ki, sahibkarlar, iş adamları üçün vergi dərəcələrinin və rüsumlarının sabit olması, az olması qəbul olunandır. Amma vergi məsələsində dəyişiklik olursa, istənilən halda o gələn ilin büdcəsinə şamil olunur.

Mən illərdir deyirəm ki, ölkədə bir qurum vergiylə məşğul olmalıdır. Amma faktiki olaraq Azərbaycanda üç dövlət qurumu vergi yığmaqla məşğuldur. Bunlar Vergilər Xidməti, Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu idi. Bir neçə il bundan qabaq bizim təklif etdiyimiz qərarlardan biri qəbul olundu. Dövlət Sosial Müdafiə Fondunun vergi yığmaq funksiyası Vergilər Xidmətinə verildi.

Vergi Məcəlləsində müsbət mənada irəliləyişlər çoxdur. Amma yenə də ölkədə vergi sahəsində yarımçıq işlər var. Məsələn xroniki olaraq sosial sığorta ilə bağlı olan borclar, indi vergi ödəyicilərinin normal işləməsinə şərait yaratmır. Buna görə də mən təklif etmişdim ki, ağ vərəqdən başlanılsın. Yəni əvvəlki sosial sığorta haqları sıfırlanmalı idi ki, Vergilər Xidməti həmin vergi ödəyicilərinin hesablaşma hesablarına sərəncam qoymasınlar. Əslində indiki durumda sahibkarlara suni maneçilik yaradılır.

Nazim Bəydəmirli: “Əlində indiki durumda suni maneçilik yaradılır”.

Eyni zamanda biz Gömrük Komitəsi ilə bağlı təkliflər vermişdik ki, Komitənin topladığı vergilərin təqribən 78 faizi vergilərdən ibarətdir. Bu idxaldan toplanan əlavə dəyər vergisi, yol vergisi və aksiz vergisidir. Bir çox hallarda da idxal, ixracla məşğul olan sahibkarlara bu maneçilik törədir. Bu problemlə bağlı indi hesabatların birləşdirilməsi həyata keçirilir. Amma bu da yetərli deyil.

Buna görə də vahid vergi siyasəti aparılmalıdır. Əslində Gömrük Komitəsi ləğv olunmalıdır. Komitənin vergi yığmaq funksiyası Vergilər Xidmətinə verilməlidir. Bu baş verməyənə qədər biz qlobal olaraq heç bir dəyişikliyə nail ola bilməyəcəyik. Ümid edək ki, bu məsələlər də öz həllini yeni məsələdə tapacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar