Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkimlərdən həyəcan təbili – Küçədə çox qalmayın


Son zamanlar havada tozun miqdarı normadan çoxdur


Paytaxtda bu norma avqust və sentyabr aylarında daha da artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri buna səbəb kimi yay fəslinin çox quraq keçməsini göstəriblər.

Onların fikrincə, buna səbəb ölkə ərazisinə daxil olan güclü şimal-qərb küləyinin təsiri nəticəsində yerin üst qatında olan tozun atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Müşahidə olunan toz tranzit gətirmə deyil.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə günorta və axşam saatlarına doğru tozun havada miqdarının sanitar normadan 30-40 faiz artıq olduğu qeydə alınıb.

Məsələ ilə əlaqədar həkimlər həyəcan təbili çalırlar. Tibb elmləri doktoru, professor, Respublikanın əməkdar həkimi, Əməkdar elm xadimi, ATU-nun Terapiya kafedrasının professoru, Baş allerqoloq Cəbrayıl Məmmədov “Ölkə.Az”a açıqlamasında bildirib ki, tozlu hava bütün insanlara təsir edə bilər. Onun sözlərinə görə, belə hava əsasən bronxial astma xəstəliyi olan insanlara mənfi təsir göstərə bilər.

“Əsasən bronxial astma xəstəliyi olan insanlara mənfi təsir göstərə bilər. Belə insanlar həmişə özləri ilə dərmanlarını gəzdirirlər. Onlar dərmansız qala bilmirlər. Belə havalarda həmin xəstələrin tutmaları artır. Onlar özlərini narahat hiss edən kimi dərmanlarından istifadə etməlidirlər. Hər bir astmalı xəstə profilaktik olaraq bilir ki, nə etməlidir”, – deyə Cəbrayıl Məmmədov bildirib.

Məsələ ilə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, belə hallarda insanlar mütləq özlərini qorumalıdırlar. Onun sözlərinə görə, normadan artıq çirklənmədə uzun zaman açıq havada qalmaq olmaz.

“Havanın belə çirklənməsi uzun müddətli xarakter daşıyarsa, insanlarda yuxarı tənəffüs yolları xəstəlikləri yarada bilər. Xroniki xəstəliklərə səbəb ola bilər. Eyni zamanda gözün selikli qişasında konyuktivit (gözün selikli qişasının iltihabı xəstəliyi) yarada bilər. Bu zaman xüsusi müdafiə vasitələrindən, maskalardan istifadə edilməlidir. Tozlu havada küçədə çox qalmaq olmaz”, – deyə Ziyəddin Kazımov vurğulayıb.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

Ermənistanın Rusiyanın orbitindən qopma cəhdlərində Moskvanın “qırmızı xətt”i harada başlayıb, harada bitir?

AVRO-2024: Avstriya hesab arasındakı fərqi azaldıb - Yenilənib

Türkiyədə iki nazir istefa verib – Yeni təyinatlar olub

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Ən çox oxunanalar