Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkimdən həyəcan təbili: “Təngnəfəslik, havadan doymamaq hissi yaranırsa...”

Pandemiya dövründə təngnəfəslik deyəndə ilk ağıla gələn “görəsən koronavirusa yoluxmuşam?” sualı olur. Lakin əslində bu simptom bir tək koronavirusla bağlı deyil. Bu sindrom orqanizmdə müxtəlif xəstəliklərin, problemlərin ilkin əlaməti ola bilər.

İstənilən xəstəliyin ilkin simptomlarını düzgün qiymətləndirib həkimə müraciət etməklə sağlamlığımızın keşiyində dayana bilərik.

Bəs görəsən, əslində son dövrlər tez-tez rastlaşdığımız tənginəfəslik sindromu nədir?

Təngnəfəslik nədən yaranır? Bu psixoloji, stresdən yaranan haldır yoxsa necə? Onun qarşısını almaq üşçün nə etmək lazımdır?

Oxu.Az-ın bu və digər suallarını Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova cavablandırıb. O bildirib ki, norma çərçivəsində yetkin insanlarda dəqiqədə 8-12 tənəffüs hərəkəti olmalıdır:

“Onun tənəffüs həcmi isə 400-800 ml təşkil edir. Lakin, vərdiş etmədiyimiz fiziki işlə məşğul olduqdan sonra qısa müddət müşahidə edilən tənginəfəslik normal haldır. Lakin təngnəfəslik yaxud hava çatışmamazlığı kimi təsvir olunan şikayət uzun müddət davam edirsə, xüsusən də qəflətən səbəbsiz olaraq, bəzən yuxuda belə yaranırsa bu zaman orqanizmdə hər hansı ciddi potologiyanın əmələ gəlməsindən şübhələnmək olar”.

Həkim qeyd edir ki, təngnəfəsliyin yaranma səbəbləri həm bronx-ağciyər sistemi ilə, həm də ürək-qan damar sistemi ilə əlaqəli ola bilər:

“Eyni zamanda ağciyər arteriyasinin tromboemboliyasi səbəbindən, artıq çəki, psixo-emosional gərginliklə və s.məqamlardan da təngnəfəslik yarana bilər. Hər birinin yaranma səbəbinin özünün xarakter əlamətləri və özünəməxsus kliniki gedişatı olur. Tənəffüs zamanı kənardan aydın eşidilən fitverici səslər adətən qırtlağın daralmasından yəni stenozdan xəbər verir. Laringit, allergik reaksiya, yad cisim və s. buna səbəb ola bilən məsələlərdəndir. Nəfəs vermə zamanı yaranan çətinliklər, boğulma, boğaz tutmalarının olması, öskürək, xışıltılı tənəffüs daha çox bronxial astma, ağciyərin xroniki obstruktiv xəstəliyi, bronxit və pnevmoniyalar üçün xarakterdir.

Pnevmoniyalar həmçinin bədən hərarətinin artması ilə də xarakterizə olunur. Pasient daha çox nəfəs almadan şikayət edərsə, uzanmış vəziyyətdə tənginəfəslik artıb, oturduqda azalırsa (buna ortopnoe deyilir-red.), yanaşı olaraq ödəmlər, sianoz (dəri və selikli qişalarin göyərməsi- red.), fiziki hərəkət zamanı tənginəfəslik artarsa və döş sümüyü arxası ağrılarla müşayiət olunarsa, problemin ürək qan damar sistemi ilə əlaqəli olunduğu düşünülə bilər.

Eyni zamanda mərkəzi sinir sisteminin zədələnmələri, insult, travma, beyin ödəmi, intoksikasiyalar qəflətən yaranan tənginefəsliyə gətirib çıxara bilər. Həmçinin diabetik koma zamanı asidoz, böyrək çatmamazlığı, geniş iltihabi proseslər də dispnoe yeni tənginəfəslik sindromuna yol açır. Ağciyərin hiperventilyasiyası deyilən bir hal daha çox qadınlarda psixo-emosional gərginlik keçirərkən, müxtəlif nevrotik pozğunluqlar zamanı özünü pasientdə havadan doymamaq hissi kimi, yaxud dərindən nəfəs ala bilməmək hissi kimi xarakterizə olunur. Bu hal psixonevroloqlar tərəfindən müalicə olunur”.

“Təngnəfəslik ciddi hal olduğu üçün onu diqqətsiz qoymaq, yaxud xalq təbabəti ilə aradan qaldırmaq mümkün deyil. Bu kimi problemlər varsa, onun səbəbini araşdırmaq və vaxtında aradan qaldırmaq üçün mütləq həkimə müraciət etmək məsləhətdir”, - deyə həkim qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

Ermənistanın Rusiyanın orbitindən qopma cəhdlərində Moskvanın “qırmızı xətt”i harada başlayıb, harada bitir?

AVRO-2024: Avstriya hesab arasındakı fərqi azaldıb - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Türkiyədə iki nazir istefa verib – Yeni təyinatlar olub

Ən çox oxunanalar