Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsxanadan qeyri-adi qaçış: Məktub yazıb, geri qayıdacaqlarına söz verdilər

İtaliyanın paytaxtı Roma şəhərində yerləşən həbsxanadan qaçan iki məhbus geri qayıdacaqları ilə bağlı məktub yazıb...

“La Repubblica” nəşri xəbər verir ki, həbsxana nəzarətçiləri qaraçı millətindən olan məhbusların yoxa çıxmasından 2-3 saat sonra xəbər tutublar. Məhbusların yaxın qohumluq əlaqələri var.

Lil Ahmetoviç və Davad Zukanoviç kameranın barmaqlıqlarını mişarlayaraq, cəzaçəkmə müəssisəsindən çıxıblar.

Onların yazdığı məktubda qeyd olunur ki, övladları narkotik ticarəti şəbəkəsinin təsiri altına düşüb və yeniyetmələrin həyatını xilas etməlidirlər.

Məhkumlar işlərini həll edən kimi həbsxanaya qayıtmağa söz veriblər və məktuba imza atıblar. Onlar iki həftə ərzində geri qayıdacaqlarına söz veriblər.

Lakin məhbuslar həbsxanaya könüllü şəkildə qayıtmayıblar. Polis cinayətkarları Romadan 340 kilometr aralıda yerləşən Piza şəhərində yaxalayıb. Saxlanılan vaxt məhbuslar hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstəriblər.

Onların cəzası 2029-cu ildə bitməli idi. L.Ahmetoviç və D.Zukanoviç qaçışa görə, daha beş il əlavə həbs cəzası ala bilərlər.(oxu.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Ən çox oxunanalar