Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakimliyə namizədlərlə test imtahanı keçiriləcək 

Bu ilin dekabr ayında hakimliyə namizədlərlə test imtahanı keçiriləcək...

Bu barədə Məhkəmə-Hüquq Şurasından bildirilib.

Qeyd edilib ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, eyni zamanda əlavə ayrılmış hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam etdirilir. Namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onların imtahanlara hazırlaşmalarına şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanının dekabrın 15-də keçirilməsi qərara alınıb.

"Namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına köməklik məqsədilə imtahan suallarına dair annotasiyanı, habelə imtahan qaydalarını, namizədlərin imtahanla bağlı vəzifələrini və imtahan suallarının nümunələrini özündə əks etdirən “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası” Məhkəmə-Hüquq Şuranın rəsmi internet səhifəsində (jlc.gov.az) yerləşdirilib.

İmtahanla bağlı buraxılış vərəqələrinin təqdim olunması və digər aidiyyəti məsələlərə dair əlavə məlumat veriləcəkdir.

Sənədlər Hakimlərin Seçki Komitəsi tərəfindən bütün iş günləri ərzində, o cümlədən elektron poçt ([email protected]) ünvanı vasitəsilə qəbul edilir. Hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim edə bilərlər. Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62", - məlumatda vurğulanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Prezident Beyləqana yeni icra başçısı təyin edib

Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - Sərəncam

Qusar Rayon İcra Hakimiyyətinə başçı təyin edilib

Azərbaycanın bir rayonunda torpaqların çıxarışları pulsuz veriləcək

Bakıda sünnət edilən 4 aylıq körpənin ölümü ilə bağlı təfərrüat

Xalq artistinin səhhətində problem yarandı: Əməliyyat olundu

Ata 13 yaşlı qızına təcavüz etdi: 18 il həbs olundu

Ən çox oxunanalar