Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakim MTN zabitinin sensasion ifadələrinin yayılmasını istəmədi

MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizov yenidən hakim qarşısına çıxarılır

Onlar aldıqları cəzanın azaldılmasını və ya həbsdən buraxılmalarını istəyirlər.

Bu məqsədlə apellyasiya şikayəti veriblər.

İşə Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılıb. Keçirilən növbəti prosesdə jurnalistlərin iştirakı qadağan edilib.

Bu qadağanı da elə sədrin özü qoyub. Hakim Sahibxan Mirzəyev məhkəmə iclaslarında danışılanların yayılmasını istəmir. Özü bunu jurnalistlərə açıq şəkildə deyib və bildirib ki, bu iş haqqında yazıları qadağan edir.

Lakin hakim buna heç bir izahat verməyib və qanunsuz olara məhkəmə zalından jurnalistləri çıxarıb.

Açıq məhkəmə iclasında hər kəs, o cümlədən jurnalistlər də iştirak edə bilər. Məhkəmədə araşdırılan hansısa sirrin (dövlət sirri, ailə sirri, kommersiya sirri və s.) yayılmaq ehtimalı olduqda iclas qapalı keçirilir.

Bildirək ki, sabiq MTN-çilərin işində dövlət sirri hesab olunan məqamlar var və o məsələlər araşdırılanda məhkəmə iclasları qapalı olub.

Qeyd edək ki, bir neçə məhkəmə iclasıdır ki, MTN işində nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin sabiq rəis müavini, polkovnik Füzuli Əliyev ifadə verir. Onun dedikləri ictimaiyyətdə böyük maraqla qarşılanıb.

O, dövlət təşkilatlarının büdcə vəsaitlərini adı olub, özü olmayan şirkətlər, bu iş üzrə peşəkarlaşan dəllallar vasitəsilə dağıdılması, sifarişli işlərdə saxta şahidlərdən istifadə olunması və başqa məsələlərdən danışmış, bütün bunlar da media vasitəsiylə yayılmışdı. Bütün bu danışılanlar sosial şəbəkələrdə və mətbuatda gündəm mövzusu idi.

Amma jurnalistlər məhkəmə zalından çıxarılsa da prosesdə baş verənlər haqda məlumat əldə edə biliblər.

Bu gün- dekabrın 20-də Füzuli Əliyev ifadəsi davam edib. Polkovnik məhkəmədə zərərçəkənlərdən Ağaisa Mahmudov və Saleh Səmədov haqqında danışıb.

O deyib ki, onlardan MTN-də pul alınması barədə ittihamlar əsasızdır.

"Bu şəxslər spirtli içkilərin hazırlanmasıyla məşğul olub, xaricdən saxta aksiz markaları gətirirdilər. Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə bu barədə məlumat verilib. İdarənin əməkdaşları onları müəyyənləşdirib.
Saxta aksiz markaları məsələsilə MTN-in başqa bir idarəsi məşğul olurdu. Ona görə də sözügedən adamların işini həmin idarə araşdırıb. Bizim sonrasından xəbərimiz olmayıb.

Saxta aksiz markaları məsələsilə bağlı prezidentin də göstərişi olub. Bildiyimə görə, yenə də bu istiqamətdə mübarizə gedir”- deyə F.Əliyev qeyd edib.

Amma zərərçəkənlər istintaqa ifadələrində fərqli danışıblar:

İmişli Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiri olmuş Saleh Səmədov zərərçəkmiş şəxsdir.

O, dövlət qulluğunda çalışmasına baxmayaraq, sahibkarlıqla məşğul olduğunu etiraf edib. Sabiq məmur ifadəsində deyib ki, 2003-cü ildə “Araz” MMC-ni təsis edib və az sonra cəmiyyətin istehsal müəssisəsi - İmişli konservləşdirilmiş şirələr və konyak zavodu işə düşüb. Onu MTN-ə çağırıb şirkətin vergidən yayındığını deyiblər, həbs olunmamasından ötrü 1 milyon dollar pul istəyiblər. O da 300 min dollar verməyə razılaşıb.

Digər zərərçəkmiş Ağaisa Mahmudov isə “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin keçmiş rəhbəri Beytulla Hüseynovun villasını aldığına görə MTN-ə çağrıldığını bildirib.

Bildirək ki, Beytulla Hüseynov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur və hazırda həbsdədir.

O, öz yeznəsilə birlikdə ucuz qiymətə aldığı villanı satmaq istəyib. Villanı banka girov qoyulmaqla satmağa razılaşıblar. Amma alan adam pulunu tam ödəməyib və B.Hüseynovgilin xəbəri olmadan başqa bir adama etibarnamə verib. Həmin şəxs də villanı A.Mahmudova satıb.

Zərərçəkən A.Mahmudov ifadəsində deyib ki, MTN-də ona saxta aksiz markalarından istifadə etdiyi deyilib və əvvəlcə bu məsələyə görə 50 min manat alınıb.

Daha sonra isə villanın geri qaytarıması prosesi başlayıb.

“əndən 300 min aldılar. Mən Beytulla Hüseynovla görüşərək villanın təmirinə xərclədiyim 250 min manatı istədim. Beytulla Hüseynov isə pul verməyəcəyini, bu işə görə əsəbləri korlandığını, Eldar Mahmudova da 100 min manat pul verdiyini dedi”- deyə zərərçəkmiş bildirir.

Füzuli Əliyev isə deyir ki, bu ifadələrin hamısı yalandır, nə özü, nə də rəis müavini olduğu idarənin digər əməkdaşları A.Mahmudovdan pul almayıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Paris-2024: Sərbəst güləşçisimuz bürünc medal qazanıb

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay