Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev: "..Allah xeyir eləsin, görünür, nəsə var…"

Paytaxtın Nərimanov rayonu Koroğlu Rəhimov küçəsindəki yerüstü piyada keçidinin sökülməsi müzakirələrə səbəb olub...

Aidiyyatı qurumların keçidin sökülməsinə “qanunsuz tikili” kimi əsas gətirmələri də birmənalı qarşılanmayıb. Bildirilir ki, keçid doğrudan da qanunsuz idisə, niyə dövlət büdcəsi bu qədər israf edilir?

Məsələ ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə deyib ki, burada elə bir problem görmür.

O bildirib ki, şəhərin bir çox yerində bu cür yenidənqurma işləri gedir: “Yenidən sökürlər, düzəldirlər. Görünür, nəsə problem var, belə məsləhət olub. Hər halda şəhərin yeni planı hazırdır. Bu barədə müzakirələr gedir ki, şəhər daha da gözəlləşsin, sıxlıq məsələsi həllini tapsın. Müəyyən fikirlər ola bilər. Hər halda qurumlar çalışırlar ki, Bakıdakı tıxacın, sıxlığın qarşısını alsınlar, insanların rahat gediş-gəlişləri təmin edilsin. Düşünmürəm ki, sözügedən piyada keçidinin sökülməsi qərəzli mövqedən olsun. Elə bir dövrdür, gərək, hamımız düşünək ki, bu çətin mərhələdən hansı formada keçirik? Həm insanları narazı salmaq olmaz, həm də dövlətin milli maraqlarını müdafiə etməliyik. Nə deyim, vallah. Şəhərsalma və Arxitektura Komitəsi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu məsələdə birgə fikrə gəliblərsə, Allah xeyir eləsin, görünür, nəsə var… Nə deyə bilərik”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Qərb Rusiyanın təhdidlərinə boyun əyir, nüvə müharibəsi yaxınlaşır

Ən çox oxunanalar