Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisi görüşündən gözləntilərini açıqlayıb

Gürcüstan AzərbaycanErmənistan XİN başçılarının Tbilisi görüşündən gözləntilərini açıqlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Birinci kanalın efirində yayımlanan “Aktual şənbə” proqramında bildirib.

“Bizim AzərbaycanErmənistan XİN başçılarının Tbilisidə keçirdikləri görüşdən gözləntilərimiz bundan ibarətdir – məqsədimiz ilk növbədə dost, qonşu ölkələrin konkret nəticələr əldə etməsidir. Digər tərəfdən məqsədimiz Cənubi Qafqaz bölgəsində üç ölkə arasında birgə koordinasiya yolu ilə sülh və sabitliyi möhkəmləndirməkdir”, - nazir qeyd edib.

İlya Darçiaşvili dünyanın təhlükəsizlik arxitekturasında xüsusi çağırışların olduğu dövrdə regionda sülh və sabitliyin gücləndirilməsinin böyük önəm kəsb etdiyini bildirib.

XİN başçısı azərbaycanlı və erməni həmkarlarının görüşünün konkret nəzərəçarpacaq nəticə ilə başa çatıb-çatmadığı ilə bağlı suala cavabında deyib ki, beynəlxalq danışıqlar heç də həmişə nəticə ilə yekunlaşmır: “Bu gün danışıqların ilk mərhələsi baş tutdu və burada ən önəmli məsələ presedentin yaradılması və iki qonşu ölkə arasında birbaşa dialoqun başlamasıdır”.

İ.Darçiaşvili AzərbaycanErmənistan XİN başçılarının görüşünün tərəflər arasında danışıqların davamı üçün çox möhkəm zəmin yaratdığına əminlik ifadə edib: “Tərəflər sıx koordinasiya, müxtəlif mərhələlərlə onlar üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərin həlli üçün mövqelərini yaxınlaşdıra bilərlər”.

Nazir qeyd edib ki, Tbilisi gələcəkdə iki qonşu ölkənin nümayəndələrini qəbul etməyə və onların gündəliyində duran konkret məsələlərin həllinə kömək etməyə hazır olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar