Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güləş üzrə Dünya Olimpiya Təsnifat turnirinin iştrakçıları müəyyənləşib

Mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya Olimpiya Təsnifat turniri keçiriləcək...

Poliqon.info Güləş qurumun rəsmi saytına istinadla xəbər verir ki, Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan son yarışda ölkəmizi 11 güləşçi təmsil edəcək.

Yunan-Roma güləşçilərimiz turnirin ilk günlərində mübarizə aparacaq. Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) ölkəmizə olimpiya lisenziyası qazandırmağa çalışacaq.

Qadın güləşçilərin yarışında isə Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) ölkəmizi təmsil edəcəklər.

I-S kateqoriyalı hakim Asif Şirəliyev turnirdə ədaləti qoruyacaq.

Hər çəkidə ilk üç yeri tutan güləşçilər (yarımfinalda və bürünc medalçılar arasında keçirilən görüşdə qalib gələnlər) Olimpiadaya vəsiqə əldə edəcəklər.

Xatırladaq ki, güləşçilərimiz indiyədək 8 lisenziyanın sahibidirlər. Sərbəst güləşdə bütün çəkilərdə (57, 65, 74, 86, 97 və 125 kq), yunan-Roma güləşində isə 67 və 77 kq-da Paris-2024-ə lisenziya qazanılıb.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar