Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Generaldan Vardanyana ölüm təhdidi - Ermənilər arasında Azərbaycan qızılı uğrunda savaş…

Qarabağda Azərbaycan qızılı uğrunda savaş başlayıb. General Oqanovski Ruben Vardanyanı məhv etməklə hədələyib…

PİA.az xəbər verir ki, bu barədə erməni mətbuatına istinadən Caliber.az məlumat yayıb.

Artıq dördüncü gündür ki, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında Qarabağ separatçılarının başçıları tərəfindən Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı Şuşa-Xankəndi yolunda Azərbaycan ictimaiyyətinin nümayəndələrinin etiraz aksiyası keçirilir. Bu arada Qarabağda qeyri-qanuni hasil edilən Azərbaycan qızılları uğrunda separatçıların məskunlaşdığı düşərgədə isə əslölüm-dirim müharibəsi başlayıb.

Belə ki, Ermənistan Respublikasının Paşinyana yaxın Telegram kanalında bloger Edvin Martirosyan yazıb ki, general Samvel Karapetyan (Oqanovski) ilə “dövlət naziri” Ruben Vardanyan arasında Azərbaycan qızılı uğrunda savaş başlayıb.

“Mənbələrimiz bildirir ki, Ruben Vardanyan general Samvel Oqanovski ilə mübahisə edib. Oqanovskinin və Aşot Qulyanın qardaşının Qarabağda qızıl və digər qiymətli metalların saxlandığı gizli anbarları və emalatxanaları olması ilə bağlı dəhşətli təfərrüatlar üzə çıxır. Bütün bunlar yerli mədənlərdən gəlir və 2008-ci ilin martında Yeravamnın mərkəzində qırğın törədənlərin, Oqanovski və Robert Köçəryanın cibinə axır”, deyə Martirosyan yazır.

Blogerin Arayik Arutyunyanın ətrafından ələd etdiyi məlumatına görə, Vardanyan bu biznesi “Qarabağ klanı”ndan tamamilə almağa çalışır. Arutunyan isə Ruben Vardanyanı öldürməklə hədələyən Oqanovskini sakitləşdirməyə çalışır.

“Dünən belə bir məlumat yayıldı ki, Ruben Vardanyanın bacısı ona Oqanovski və Köçəryanın qurbanı olmamaq üçün təcili Qarabağı tərk etməyi məsləhət görüb. Ruben Vardanyanın yaxın günlərdə istefa verməsi istisna olunmur”, deyə Martirosyan yazıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Ən çox oxunanalar