Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə maska taxmayan şəxslər cəzalandırıldı

Gəncə şəhərində “İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” tərəfindən həyata keçirilən reydlər davam edir. Bu dəfə nəzarət qrupunun üzvləri şəhərdə fəaliyyət göstərən ali təhsil ocaqlarına, mədəniyyət, səhiyyə və digər müəssisələrə baş çəkiblər.

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının iştirakı ilə keçirilən reydlər zamanı müəssisə rəhbərləri ilə söhbətlər aparılıb. Onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl olunmasının vacibliyi xatırladılıb.

Həmçinin müəssisələrdə hərarət ölçənin olması, işçilər arasında sosial məsafənin təmin edilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, binaların mütəmadi dezinfeksiya edilib edilməməsi yoxlanılıb. Sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər.

Əlavə olaraq qrup üzvləri gün ərzində şəhərdə əhalinin sıx toplaşdığı ərazilərdə, xüsusilə ATM-lərin qarısında sakinlərlə söhbətlər aparıb, vətəndaşları xüsusi karantin rejiminin qaydaları, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırıblar.

Reydlər zamanı xüsusi karantin rejimi qaydalarına riayət etməyən sakinlər barəsində protokol tərtib edilib, bir neçə şəxsə isə şifahi xəbərdarlıq olunub.

Xatırladaq ki, “İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” tərəfindən keçirilən reydlər müntəzəm olaraq davam edir.

pia.az 


Etiket: Maska


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay