Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fukusima-1” AES-də yanacaq millərinin çıxarılması növbəti dəfə təxirə salınıb

Yaponiyanın qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasının (AES) operatoru 3 nömrəli reaktordan yanacaq millərinin çıxarılmasını növbəti dəfə təxirə salıb

2011-ci ilin martında baş vermiş qəza zamanı nüvə yanacağının əridiyi reaktorun soyuducu çənində 566 yanacaq mili qalıb. Yanacağın çıxarılması AES-in sökülməsi planında əsas addımlardan biri hesab edilir.

AES-in operatoru olan “Tokyo Electrik Power Co.” şirkəti ötən ilin noyabrına planlaşdırılan millərin çıxarılması işlərini cari il martın sonunadək təxirə salmağa məcbur qalıb. Bunun səbəbi kimi milləri qaldıracaq qurğuda və digər avadanlıqda problemlərin olması göstərilib. Avadanlıqda problemin olduğunu bildirən şirkət, bu dəfə həmin işlərə apreldə və ya daha sonra başlayacağını bildirib.

Xatırladaq ki, 2011-ci ildə baş verən atom qəzası nəticəsində AES-in 1 və 2 nömrəli reaktorlarında da yanacaq əriməsi baş verib. İşlənmiş yanacağın çıxarılması işləri 3 nömrəli reaktorda digərlərinə nisbətən daha sürətlə aparılıb.

Bununla yanaşı, 3 nömrəli reaktorda işlərin 2014-cü ildə təsdiq edilmiş planda nəzərdə tutulduğundan 4 il geri qaldığı bildirilir.(azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Fərid Qayıbov qitə və dünya çempionatlarında uğurla çıxış etmiş idmançılarla görüşüb

Ən çox oxunanalar