Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransız siyasətçi: Qərb Serbiyada narıncı inqilab hazırlayır

Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot bildirib ki, Qərb Serbiyada "narıncı inqilab" təşkil etməyi planlaşdırır...

Poliqon xəbər verir ki, siyasətçi bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Filipponun sözlərinə görə, NATO özünün "proksi" Avropa İttifaqının köməyi ilə hazırda Serbiyada "narıncı inqilab" təşkil etməyə çalışır. Fransız siyasətçi hesab edir ki, atlantikaçılar prezident seçkilərində Aleksandr Vuçiçin qələbəsinə dözə bilməyib, onu devirmək qərarına gəliblər. Bunun üçün onlar ilk növbədə universitetlərdə və Belqrad meriyasında nümayişlər təşkil etdilər. Filipponun fikrincə, bu prosesdən "Avromaydan" iyi gəlir".

Siyasətçi onu da qeyd edib ki, NATO bir neçə aydır Belqradı hədələyir və Serbiyada öz vassallarını hakimiyyətə gətirməyə çalışır.

Qeyd edək ki, dekabrın 17-də ölkədə keçirilən seçkilərin nəticələri ilə razılaşmayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları Belqradın nümayəndə və icra hakimiyyətinin binası qarşısında iğtişaşlar törədib və pilləkənləri zəbt ediblər. Dekabrın 24-ü axşam saatlarında polis bir neçə dəqiqə ərzində etirazçıları dağıdıb, meydanı onlardan təmizləyib və kordon yaradıb.

Vuçiç xalqa təcili müraciəti zamanı bildirib ki, müxalifət tərəfdarlarının Belqrad Assambleyasının (şəhər məclisi) binasına basqın etmək cəhdi xarici amillə bağlı olub və ölkənin suverenliyinə zərbə vurmaq məqsədi daşıyır. Daha sonra serb müxalifəti yenidən Belqrad küçələrinə çıxıb. Bu dəfə “Mübarizə” tələbə təşkilatından 500 nəfər şəhərin mərkəzindəki Knez Miloş küçəsinə gələrək yollarda avtomobillərin və ictimai nəqliyyatın hərəkətində sıxlıq yaradıb.

Politoloq Yevgeni Mixaylov bildirib ki, Serbiya prezidenti Aleksandar Vuçiç ABŞAvropa İttifaqı ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmalıdır: "Serbiya cəsarətlə öz milli maraqlarını müdafiə etməyə çalışır, lakin kollektiv Qərbin təzyiqi daha da artacaq, məqsəd respublikada vəziyyəti tamamilə pozmaqdır. Düşünürəm ki, Serbiyada vəziyyət daha çox Belarus ssenarisi üzrə olacaq. Çox güman ki, Lukaşenkonun öhdəsindən gəldiyi kimi Vuçiç də bunun öhdəsindən gələcək. Bu cür halların qarşısını almaq və müttəfiqlərimizə bu vəziyyətlə necə davranmaq barədə xəbərdarlıq etməkdə böyük təcrübəmiz var".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Ən çox oxunanalar