Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransanın və Makronun Afrika iflası... - Fransız senatorların etirafı...

Fransa senatorları: Afrikadakı “frankafrika” dövrü hərbi cəhətdən “rossafrica”, iqtisadi cəhətdən “çinafrika” və diplomatiya sahəsində isə “amerika” dövrü" ilə əvəz olunub...

94 fransız senatoru Afrika siyasətinin uğursuzluğu ilə bağlı Makrona məktub yazıb.

Poliqon xəbər verir ki, məktub Fransanın populyar Le Figaro qəzetində dərc edilib. Məktubda bildirilir ki, son illərdə Fransanın Afrikadakı mövqeyi və rolu ilə bağlı narahatlıq artır.

“Niger, Mali, Mərkəzi Afrika Respublikası və Burkina Faso kimi ölkələr Fransanı, onun silahlı qüvvələrini və şirkətlərini rədd edib. “Barxan” əməliyyatının uğursuzluğundan sonra bu ölkələrdə insan haqlarına və demokratiyaya lazımi əhəmiyyət verməyən, əhalini keçmiş “müstəmləkəçi gücə” qarşı qoyaraq öz hakimiyyətini gücləndirən diktator və ya liderlərlə həvəslə əməkdaşlıq edən “Vaqner qrupu” qrupu peyda olub”, deyə məktubda bildirilir.

Senatorlar hesab edilər ki, bu anti-Fransa əhval-ruhiyyələri əvvəllər yaxın müttəfiq sayılan Fil Dişi Sahili və Seneqal kimi ölkələrə yayılmaqdadır. Şimali Afrika da Fransanın hamiliyini rədd etdikdən sonra heç də məyus görünmür.

“Afrikadakı “frankafrika” dövrü hərbi cəhətdən “rossafrica”, iqtisadi cəhətdən “çinafrika” və diplomatiya sahəsində isə “amerika” dövrü" ilə əvəz olunub”, deyə senatorlar Makrona yazdıqları məktubda Parisin Afrikadakı iflasını etiraf edirlər.

Senatorlar qeyd edirlər ki, Tunis prezidenti Qais Səid artıq Fransa ilə deyil, ABŞ, Aİ və ərəb dünyası ilə danışır ki, bu da Parisin artıq imtiyazlı rol oynamadığını göstərir.

“Dost qitəmiz olan Afrika Fransa haqqında anlayışını itirmiş kimi görünür və getdikcə Parisin roluna və mövcudluğuna meydan oxuyur. Bu narahatlıqlara son qoymağın vaxtı çatıb”, deyə senatorlar məktubda vurğulayırlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay