Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Finlandiyada prezident seçkiləri keçiriləcək

Finlandiyada ölkənin sayca 13-cü dövlət başçısını müəyyən edəcək prezident seçkiləri keçiriləcək...

“Report” xəbər verir ki, bu vəzifə uğrunda həm siyasi partiyalar, həm də seçici hərəkatları tərəfindən irəli sürülmüş ümumilikdə doqquz namizəd mübarizə aparır.

Seçkilərdə yaşı 18-dən yuxarı olan Finlandiya vətəndaşları səs verə biləcək.

Təxminən 4,55 milyon nəfərin səsvermə hüququ var (ölkə əhalisi 5,56 milyon nəfərdir). Seçki məntəqələri yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 11:00) açılacaq və saat 20:00-a (Bakı vaxtı ilə 22:00) qədər açıq olacaq. Erkən səsvermə yanvarın 17-23-də keçirilib və seçicilərin 44,7 %-i iştirak edib.

Seçkinin nəticələri günün sonuna kimi bəlli olacaq. Namizədlərdən biri qalib gələrsə, fevralın 1-də yeni prezidentin andiçmə mərasimi keçiriləcək. Namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməsə, ən yüksək nəticə göstərən iki namizəd fevralın 11-də keçiriləcək ikinci tura keçəcək.

Finlandiyada prezident altı il müddətinə seçilir.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Fərid Qayıbov qitə və dünya çempionatlarında uğurla çıxış etmiş idmançılarla görüşüb

ABŞ Kiyevə 2,3 milyard dollarlıq silah paketi ayırdığını elan etmək niyyətindədir

İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?

Ən çox oxunanalar