Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində 2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələrin icrasına dair xidməti müşavirə keçirilib...

Poliqon FHN-ə istinadən xəbər verir ki, müşavirədə Xidmət rəisi daxili xidmət general-mayoru Asif Məmmədli, Nazirliyin Daxili təhlükəsizlik Baş idarəsinin rəisi polkovnik Seymur Qaraşov və Xidmətin məsul şəxsləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Asif Məmmədli ötən il baş vermiş yanğın hadisələri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilmiş tədbirlər, cari il üçün qarşıda duran məsələlər haqqında geniş məlumat verib.

Xidmət rəisi çıxışında, həmçinin baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılması zamanı ilkin və ardıcıl məlumat mübadiləsi, hadisəyə çevik reaksiyavermə, yanğın hadisələrinin operativ söndürülməsinin təşkili, şəxsi heyətin peşə hazırlığının daim yüksək səviyyədə saxlanılmasının zəruriliyini qeyd edib.

Nazirliyin Daxili təhlükəsizlik Baş idarəsinin rəisi polkovnik Seymur Qaraşov çıxışında Xidmətdə nizam-intizamın daim yüksək səviyyədə saxlanılmasının vacibliyini bildirib.

Tədbirdə digər çıxış edənlər ötən il ərzində görülmüş işlər, o cümlədən peşə və döyüş hazırlığının daha da yüksəldilməsi istiqamətində atılmış addımlardan danışıblar.

Müşavirədə cari il ərzində xidmətin yüksək səviyyədə saxlanılması və qarşıda duran digər məsələlər ətrafında geniş müzakirə aparılıb, müvafiq tapşırıqlar verilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Ən çox oxunanalar