Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fəsillərə görə xəstəliklər və xarakterlər... 

Kimlər tez-tez xəstələnir, kimlər daha uzunömürlü olur?...

Alimlər tərəfindən aparılan müxtəlif araşdırmalar zamanı insanlar fərqli cəhətdən tədqiq edilir. Bu araşdırmalar onların sağlamlığı, ruh halı, xasiyyət və xarakteri haqqında maraqlı informasiyalar əldə edilməsinə gətirib çıxarır. Belə tədqiqatlardan biri də, insanın doğulduğu fəsilə görə xarakterinin öyrənilməsi üçün aparılıb.

PİA.az medicina.az-a istinadən bildirir ki, bir qrup amerikalı alim mindən çox insan üzərində çalışaraq onların doğulduğu ay, il, sağlamlıq və digər informasiyalarına görə tədqiq edib. Nəticədə bütün bunlar arasında bir bağlılıq olduğu aşkarlanıb. Belə ki, onların fikrinə görə, insanların doğulduğu fəsil onların xarakterinə və sağlamlığına təsir edir. Bu təsirin də əsas səbəbi hamiləlik dövründə qadınların müxtəlif ekoloji, bioloji, virus, infeksiya və s. faktorlara məruz qalması ilə əlaqələndirilir.

Bəs hansı fəsildə doğulmağınız sizin xarakter və sağlamlığınıza necə təsir edir?

Qışda doğulanlar

Bu fəsildə doğulan insanlar inadkar olur. Onlar karyera və biznes qurmaqda böyük uğurlar əldə edirlər. Həmçinin bu insanlarda ürək-damar və tənəffüs sistemi xəstəliklərinə daha tez-tez təsadüf edilir. Həmçinin, qışda doğulan insanlarda ağır depressiyalar və psixiki xəstəliklərin riski də digər fəsillərdə doğulan insanlarla müqayisədə daha yüksəkdir.

Yazda doğulanlar

Bu insanlar adətən pozitiv və yaradıcı ruha malik olurlar. Digər fəsillərdə doğulanlara nisbətən bu tip insanlar daha hündür boy olurlar. Yazda doğulan insanlarda autoimmun, limfa sistemi, allergik xəstəliklərin riski daha yüksək olur.

Yayda doğulanlar

Bu fəsildə doğulan insanlar özlərini daha xoşbəxt hiss edir. Onların fikirləri daima optimist olur, öyrənməyə və səyahətə meyilli olurlar. Daha gec depressiv hala qapılırıar. Lakin bu insanlarda görmə ilə bağlı problemlərə daha çox rastlanır.

Payızda doğulanlar

Payız aylarında doğulan insanların çoxu səbirsiz, əsəbi olurlar. Aqressiv hallarına görə tez-tez münaqişələr yaşayırlar. Lakin bu fəslin insanları daha uzunömürlü olurlar. Onlarda daha çox astma və allergik xarakterli xəstəliklərə rast gəlinir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Ən çox oxunanalar