Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Məmmədovun bacısı oğlu – “Ata Bank”ı batıranlar “Ata Sığorta”ya keçdi - Foto

“Ata Sığorta” ASC-nin Direktorlar Şurasında dəyişikliklər davam etməkdədir... 

Şirkətin Direktorlar Şurasında Fərid Zakir oğlu Hüseynov üzvlükdən kənarlaşdırılıb. Onun yerinə lisenziyası apreldə geri çağırılan “Ata Bank” ASC-nin sabiq sədr müavini Ağakərim Məlik-Aslanov təyin edilib. A.Məlik-Aslanov 2019-cu ildə bu adıçəkilən banka sədr müavini təyin olunmuşdu. Onun Azərbaycan Mərkəzi Bankının sədr müşaviri olan Abdula Məlik-Aslanovun yaxın qohumu da olduğu bildirilir.

Bundan başqa, həmin bankda İdarə Heyətinin sədri işləmiş Dəyanət Quliyev “Ata Sığorta”nın Direktorlar Şurasına sədrilik edəcək. Dəyanət Quliyev sabir vergilər naziri Fazil Məmmədovun bacısı oğludur.

Sirr deyil ki, “Ata Holdinq” sabiq nazirin biznes imperiyasına daxildir. Beləliklə, “Ata Holdinq” artıq sığorta biznesinə nəzarəti vaxtilə bankı idarə edəcək şəxslərə tapşırmalı olub.

Qeyd etməliyik ki, “Ata Sığorta”nın artıq ali kollegial idarə orqanında bu il üçün artıq ikinci dəyişiklikdir. Bundan öncə Azərbaycan şirkəti “AzMont Investment”in Monteneqroadkı bankı “Nova Banka Podgorica” SC-nin satışından sonra, bu bankın Direktorlar Şurasından Rəşad Rəsullu və Rəşad Əliyevi üzvlükdən kənarlaşdırmışdılar. Bu kənarlaşmadan sonra bu şirkətə yaxın olan “Ata Sığorta”nın da eyni vəzifədə olan Rəsullu və Əliyev də vəzifədən kənarlaşdırıldı.

Bundan əlavə, “Ata Sığorta”nın bütün bu dəyişiklərə baxmayaraq, İdarə Heyətində hər hansı bir dinamika müşahidə edilmir. Görünür, hazırda şirkətin idarə olunması səhmdarın ürəyincədir.(İndex.az)

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Rusiya və Qərb, erməni və gürcü xalqlarını öz hakimiyyətləri ilə üz-üzə qoyub...

Azərbaycanın tanınmış güləşçisi karyerasını başa vurub

Ən çox oxunanalar