Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əyləncə və sağlamlıq dalınca gedənlər niyə xəstələnir?

Çimərlik mövsümünün başlamasından artıq bir aya yaxın vaxt ötüb. Amma hələ də çimərliklərin istirahət məkanından daha çox xəstəlik mənbəyi olması ittihamları səngimir

Çoxları çimərliklərdə istirahətdən sonra vəziyyətinin pisləşməsindən, əsasən də qusma, ishal, hərarətin yüksəlməsindən şikayətçidir. Xüsusilə, azyaşlı uşaqlarda mədə-bağırsaq pozulmaları müşahidə olunur.

Hərçənd ki, dövlət qurumları, o cümlədən dəniz suyunun mütəmadi müayinəsi ilə məşğul olan Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Sahil, Şıx, Qaradağ və Sumqayıt çimərlikləri istisna olmaqla digər çimərliklərdə virusun aşkarlanmadığını söyləyir. Baxmayaraq ki, mövsüm başlayandan çimərliklərə kanalizasiya suyunun axıdılması ilə bağlı onlarla xəbər, videogörüntü yayılıb.

Virtualaz.org xəbər verir ki, təkcə dəniz suyu çirkli deyil, bir çox çimərliklərdə sahilboyu antisanitariya hökm sürür. Pullu çimərliklərdə zibil qutuları azdır, tullantılar vaxtlı-vaxtında daşınmır, pulsuz çimərliklərdə isə, ümumiyyətlə, zibil qabları tapmaq çətindir. Əhali özü ilə gətirdiyi yemək qalıqlarını ətrafa tullayır, nəticədə, çimərliklər sahibsiz itlərin məskəninə çevrilir. Bu da müxtəlif xəstəliklərin yayılmasına səbəb olur.

Məsələn, Buzovnada pulsuz çimərlik ərazisi qalmayıb. Maşın saxlamaq üçün dayanacaqdan tutmuş çətir, oturacaq, həsirdən hörülmüş daxmalara qədər pulludur. Çimərliklərdə zibil qutuları da var, amma enerji içkilərinin qabları, qarpız, tərəvəz qabıqları su üzərində “üzür”.

Bilgəh çimərliyində də vəziyyət fərqli deyil, sanki günlərdir təmizlənməyən zibil qalıqlarından “dağ” əmələ gəlib. Hövsan və Türkan çimərliklərində isə üfunət iyi kənardan hiss olunur. Çimərliyə gələnlər özləri ilə gətirdikləri qarpızın, yemişin qabıqlarını ən yaxşı halda qamışlığa, otluğa atırlar. Hətta pullu çimərlikləredə belə dəniz çirklidir.

Onu da qeyd edək ki, “Duzlu göl”, Şıx, Sahil çimərliklərinin qadağan edilməsinə baxmayaraq, əhali hələ də bu çimərliklərə üz tutur.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov virtualaz.org-a deyib ki, çimərlik mövsümü boyu dəniz suyundan nümunələr götürülüb yoxlanılır. Qadağan olunmuş çimərlik ərazisi istisna olunmaqla digər ərazilərdə xəstəlik və ya virusun yayılması ehtimalı aşağıdır. “Qadağan edilən yerdə çimənlərin mədə-bağırsaq xəstəliklərinə yoluxma riski yüksəkdir. Çünki bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən, zərərsizləşdirilmədən dənizə axıdılır. Nəticədə, ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq olur”.

Sahilboyu antisanitariyaya gəldikdə, şöbə müdiri tullantıların vaxtlı-vaxtında daşınması və ərazilərin təmiz saxlanılmasına görə rayon icra orqanlarının məsuliyyət daşıdığını söyləyib.

Pediatr Vaqif Qarayev isə deyib ki, daha çox qadağan olunmuş çimərliklərdən istifadə edənlərdə mədə-bağırsaq infeksiyaları və dəri xəstəliklərinə rast gəlinir. Mikroorqanizmlərin miqdarını artıran səbəb isə kanalizasiya axıntılarının dənizə tökülməsidir. “Dəniz suyunda müxtəlif mikroorqanizmlər var, amma duzluluğun hesabına özü-özünü “təmizləyir”. Lakin müxtəlif səbəblərdən duzluluq azalarsa və mikroorqanimlərin miqdarı artarsa, dəniz suyu xəstəlik mənbəyi olacaq”, - Qarayev əlavə edib.

Həkimin sözlərinə görə, qadağan olunmamış ərazilərdə də istirahətə gedənlər qumu, suyu çirkləndirirlər: “Bir məsələ də var - ən təmiz yerlər hasarlanıb, pulludur. Hamı oralara gedə bilmir”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Həkim Zəminə Əliyeva isə deyir ki, çimərlikdən sonra müraciətlər əsasən mədə-bağırsaq pozulmaları ilə bağlı olur. İsti hava və saatlarla günün altında qalan qidalardan sonra ishal və ya zəhərlənmə əlamətləri müşahidə edilir. “Çimərliyə dincəlməyə gedənlər özləri ilə apardıqları ərzaq qalıqlarını qumun üstünə, hətta dənizə atırlar, nəticədə zibillər ərazidə bakteriyanın artmasını sürətləndirir”, - həkim söyləyib.

Əliyeva deyib ki, bakterial olaraq çirklənmiş su nəfəs yoluna, udlağa, ağız boşluğuna düşərsə, bu zaman müxtəlif xəstəliklər, məsələn, yuxarı nəfəs yolları infeksiyası, mədə-bağırsaq infeksiyaları yarana bilər. Buna görə də çimərliyə gedərkən qidalanmaya və ətrafın təmiz olmasına diqqət yetirilməlidir. “Təəssüf ki, çoxları dənizdə çimməkdənsə, sahildə yeyib-içməyi üstün tutur. Çoxları hələ də özündən sonra qoyduğu zibilliklə ətrafa nə qədər ziyan vurduğunun fərqində deyil. Axı, xəstəlik gec-tez insanın öz qapısını döyür”, -həkim söyləyib.

Bir sözlə, indiki halda heç kim çimərliklərdə xəstəliklərdən sığortalanmayıb, əraziyə giriş pullu olsa belə…

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

Ən çox oxunanalar