Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ETSN-də Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib...

Poliqon.info xəbər verir ki, nazirliyin əməkdaşları əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib.

Daha sonra Nazirliyin inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi anılıb.

Konfrans Dövlət Himninin səsləndirilməsi, Ümummilli Liderin əziz xatirəsinin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra “Heydər ƏliyevAzərbaycan Respublikasının ekoloji siyasəti” mövzusunda qısametrajlı film və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev konfransı giriş sözü ilə açaraq müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsindəki xidmətlərindən, eyni zamanda ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına verdiyi töhfələrdən danışıb.

Deputat Məlahət İbrahimqızı və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dünya şöhrətli siyasətçi Heydər Əliyevin tarixdəki rolu, eləcə də vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri barədə çıxış ediblər.

Tədbirin sonunda Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasına daxil olmuş bir qrup Nazirlik əməkdaşına partiya vəsiqələri təqdim olunub və partiyanın fəaliyyətində fərqlənmiş əməkdaşlar mükafatlandırılıb.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bir sıra vəzifəli şəxslərin əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu yarımfinala yüksəlib - Yenilənib

Atanın verdiyi "şirinliyə" etiraz edən mama-ginekoloq işindən oldu

Qazidən "şirinlik" istəyən həkim işdən çıxarıldı - Rəsmi

Gəncədə yanan üç nəfərdən ikisi Bakıya göndərilib - Yenilənib

Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

Bakıda yük avtomobilindən texnika yola aşıb - Yenilənib

Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb

“Baku Open 2024” Şahmat Festivalının açılış mərasimi keçirilib

"Google Translate"ə "Krım-tatar" dili əlavə olunub

Türkiyədə ağır qəza baş verib, “Akkuyu” AES-in iki əməkdaşı ölüb

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları başlayıb

Ən çox oxunanalar