Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əsir soydaşlarımızla bağlı - Videoreportaj

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ötən əsrin 90-cı illərində Ermənistan-Azərbaycan münaqişəsi zamanı əsir və itgin düşmüş, girov götürülmüş şəxslərlə bağlı layihəsi çərçivəsində daha bir ailənin harayını dünyaya duyurmağa çalışır.

Təqdim olunan bu reportajda Xocalı soyqırımı zamanı itkin düşmüş Adilə Səlimova, Elnur Hüseynov və onun bacısı Rəsmiyyə Hüseynovanın ağrılı taleyindən, onların bu gün də yolunu gözləyən böyük bir nəslin iztirablarından bəhs olunur.

Qeyd edirik ki, bu layihəni həyata keçirməkdə məqsədimiz 4 minə yaxın əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailə üzvlərinin müraciətlərini beynəlxalq təşkilatlara videoreportajlar formasında təqdim etməkdir.

Aydın məsələdir ki, Ermənistan 30 ilə yaxındır ki, əsir, girov və itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konvensiyaların tələblərini pozaraq əsirlikdə olan soydaşlarımızın ailə üzvlərinin müraciətlərinə etinasız yanaşıb.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması hesab edir ki, döyüş meydanında düşmən üzərində zəfər qazanaraq torpaqlarını azad edən qalib Azərbaycan qarşısında məğlub Ermənistan bütün suallara aydınlıq gətirməyə məcburdur. Xalqımıza qarşı misilsiz cinayətlər həyata keçirən Ermənistanın hakim dairələrinin sabiq və indiki nümayəndələri müttəhimlər kürsüsündə həm də əsir və gorov götürülmüş, itkin düşmüş soydaşlarımıza qarşı törətdikləri qeyri-insani davranışlarına görə cavab verəcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Ən çox oxunanalar