Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın keçmiş müdafiə naziri 44 günlük müharibə ilə bağlı ifadə vermək istəyir...

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 2020-ci ildə baş verən 44 günlük müharibə ilə bağlı komissiyanın iclasında iştirak etmək qərarına gəlib...

Poliqon xəbər verir ki, bu barədə onun çərşənbə günü yaydığı bəyanatda deyilir.

Tonoyan qərarını Baş nazir Nikol Paşinyanın komissiyadakı son çıxışları, eləcə də Baş Qərargahın keçmiş rəhbəri Onik Qasparyanın müharibə ilə bağlı bir çox hal və hadisələrlə bağlı bəyanatı ilə izah edir.

Əvvəlcə Tonoyan komissiyanın iclasında iştirak etmək üçün şərt qoyub - bu, açıq və Paşinyanın iştirakı ilə olmalıdır. Komissiya bu şərti rədd etdi, lakin ictimai tələbi və yuxarıda göstərilən amilləri nəzərə alaraq, Tonoyan komissiyanın iclasında iştirak etmək qərarına gəlib.

Bu məqsədlə istintaq təcridxanasında olan eks-nazir komissiyanın iclasında iştiraka icazə verilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Vahe Dolmazyana vəsatət təqdim edib.

Müraciətdə Tonoyan izah edib ki, baş nazirin iclasda söylədiyi faktlar və hallar digər məsələlərlə yanaşı, onun nazir kimi işlədiyi dövrlə də bağlıdır. Bunlar ölkə və dövlət üçün böyük strateji əhəmiyyət kəsb edən məsələlərdir.

Lakin həbs şərtləri ilə cəzaçəkmə müəssisəsində onlayn görüş keçirmək üçün texniki imkanların təmin edilməsi mümkün deyil. Komissiya üzvlərinin hamısı deputat olmadığı üçün onların quruma daxil olması qadağandır. Mətbuata çıxışı təmin etmək üçün də heç bir yol yoxdur. Buna görə də Tonoyan hakimdən qısa müddətə iştirak etməyə icazə verməsini xahiş edir.

O, həmçinin qeyd edir ki, komissiya sədri dəfələrlə Tonoyanın iclasda iştirakı üçün tədbirlər görəcəyini bəyan edib, lakin indiyədək bu istiqamətdə heç bir tədbir görülməyib.

Bundan əvvəl baş nazir Nikol Paşinyan komissiyanın iclasında iki dəfə iştirak edib. Görüşlərdə keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan, Baş Qərargahın keçmiş və indiki rəisləri Onik Qasparyan və Edvard Asryan, həmçinin digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

BMT israilli girovların öldürülməsi ilə bağlı araşdırma aparmağa çağırıb

ABŞ Maduroya qarşı bir sıra tədbirlər görəcəyini istisna etmir

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Ən çox oxunanalar