Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda respondentlərin 67%-dən çoxu Nikol Paşinyana etibar etmir - Sorğu

"Ermənistan respondentlərin 67%-dən çoxu baş nazir Nikol Paşinyana etibar etmir".

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə “GALLUP Beynəlxalq Assosiasiyası”nın Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iyulun 25-də baş nazirin mətbuat konfransını vətəndaşların 65%-i izləyib. "N.Paşinyanın cavablarına etibar etmək olarmı?" sualına respondentlərin 16,1%-i müsbət, 14,5%-i “qismən güvənirəm” cavabını verib. Respondentlərin 13,1%-i “çox güvənmirəm”, 54,4%-i isə “heç güvənmirəm” cavabını verib. Cavab verməkdə çətinlik çəkənlər isə 1,8% təşkil edib.

"Biz görürük ki, respondentlərin 67%-dən çoxu Paşinyanın cavablarına inanmır və bu, kifayət qədər böyük rəqəmdir", - A.Navasardyan bildirib.

Ermənistanda siyasi məhbusların olmasını vətəndaşların 47,2%-i təsdiqləyib, 31,1%-i belə düşünmədiyini, 22,7%-i cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Respondentlərin əksəriyyəti Respublika Partiyası sədrinin keçmiş müavini Armen Aşotyanı, “İctimai səs” partiyasının rəhbəri Artak Qalstyanı və Vanadzor şəhərinin seçilmiş meri Mamikon Aslanyanı siyasi məhbus adlandırıb. A.Navasardyan qeyd edib ki, bu məlumatlar iyun ayında keçirilən sorğunun cavabları ilə üst-üstə düşür.

Sorğu iştirakçılarının fikrincə, təhlükəsizlik məsələləri ölkədə ən ciddi problemdir. Respondentlərin 32,4%-i müharibə təhlükəsini, 30,4%-i ümumilikdə təhlükəsizlik məsələlərini, 27,8%-i sərhədlərin dəqiqləşdirilməsini qeyd edib. Digər problemlərə iqtisadi vəziyyət, işsizlik, qiymət artımı və s. daxildir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Politoloq: İsrail beynalxalq hüququ ayaqlar altına atır, Qərb isə öz qurduğu sistemi məhv edir...

Jurnalist binalarında bütün kommunal xidmətlər dayandırılır

Bakının əsas prospektlərindən biri təmirə bağlanır

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirilib

Ən çox oxunanalar