Şənbə, 15 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski NATO-dan Rusiya raketlərini vurmağı xahiş edəcək

Ukrayna prezidenti Vladimir Zelenski müttəfiq qüvvələrin Normandiyaya enməsinin 80 illiyi şərəfinə keçirilən tədbirlərdə iştirak edəcək...

Vladimir Zelenski İranın İsrailə hücumu zamanı ABŞ və Böyük Britaniyanın raketləri kimi, NATO-dan Ukraynaya uçan Rusiya raketlərini vurmağı xahiş edəcək.

Poliqon xəbər verir ki, b barədə Politico qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Zelenski həmçinin müttəfiqlərindən hərbi yardımı artırmağı və Ukraynaya göndərilmək üçün Rusiyanın aktivlərini mümkün qədər tez müsadirə etməyi xahiş edəcək. Daha sonra Ukrayna prezidenti Rusiya aktivlərinin müsadirəsinin əsaslılığına inandırmaq üçün İtaliyada G7-nin Maliyyə Nazirliyi rəhbərlərinin görüşündə iştirak edəcək.

Qeyd edək ki, mayın 20-də Vladimir Zelenski ReutersAgentliyinə müsahibəsində NATO ölkələrini Ukraynaya Rusiya raketlərini vurmağa kömək etməyə və Rusiya ərazilərinə hücumlarda Qərb texnikasından istifadə etməyə icazə verməyə çağırıb. Mayın 15-də Politico qəzeti yazıb ki, rus qoşunlarının Xarkov istiqamətində irəliləməsi ilə əlaqədar Kiyev ABŞ-dan Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməyə icazə verməsini tələb edir. Dövlət katibi Entoni Blinken dünən deyib ki, Ukrayna ABŞ-a zərbə endirmək üçün Amerika silahlarından istifadə etməklə bağlı özü qərar verməlidir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəzifəli şəxs icra başçısının xidməti otağında ona külli miqdarda pul veribmiş 

Azərbaycana Belarusdan kiloqramı 5,4 manata pomidor gətirilib – Marketlərdə satılmır

İstanbulun məşhur 15 İyul Şəhidləri Körpüsü bağlanılıb, əraziyə çoxsaylı polis göndərilib

Putin Ukraynada döyüşən Rusiya hərbçilərinin sayını açıqlayıb

Azərbaycan nazirləri ilə bağlı maraqlı faktlar - Siyahı

39 illik ömrü tarixə yazılan Çe Qevaranın bilinməyənləri: SSRİ onu niyə məyus etdi?

Sabunçuda 18 yaşlı gənc bıçaqlanaraq qətlə yetirilib

AVRO-2024: Turnirin ilk oyununda iki qol vurulub - Yenilənib

Ən çox oxunanalar