Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan Rusiyanın qeyri-səmimi müttəfiqi olub və belə qalmağa davam edir”

Fevralın 22-də Moskvada Azərbaycan Respublikasının prezidenti İlham ƏliyevRusiya Federasiyasının prezidenti Vladimir Putin tərəfindən imzalanmış Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Ermənistan üçün gözlənilməz oldu.

İrəvanda tez-tez lovğalanırdılar ki, Rusiya Federasiyasının Cənubi Qafqazda yalnız bir müttəfiqi var. Amma indi tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenkonun da qeyd etdiyi kimi, Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas dostu və müttəfiqinə çevrilir.

Ermənistanda parlamentin spikeri vəzifəsini yerinə yetirən, vitse-spiker Akop Arşakyan qeyd edib ki, bəyannamənin mətni hələ ətraflı öyrənilməlidir, bundan sonra İrəvanın bu sazişlə bağlı rəsmi şərhləri gələcək. Eyni zamanda, A.Arşakyanın fikrincə, Ermənistanın strateji maraqlarını gözləməklə bütün ölkələrin suveren hüquqlarına hörmətlə yanaşmaq lazımdır.

Öz növbəsində, Ermənistan Demokrat Partiyasının lideri Aram Sarkisyan artıq bəyan edib ki, regionda və dünyada baş verən geosiyasi dəyişiklikləri nəzərə alaraq, Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətlərinə yenidən baxmağa və yeniləməyə ehtiyacı var.

Azərbaycanın ən təcrübəli diplomatlarından biri, Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənov Oxu.Az-a verdiyi şərhdə qeyd edib ki, AzərbaycanRusiya liderlərinin Moskvada imzaladığı bəyannamə çox mühüm siyasi sənəddir.

“Sənəddə hazırkı şəraitdə Azərbaycan üçün vacib olan bütün əsas prinsiplər öz əksini tapıb. Bu sənədin tacı isə birinci bənddir və burada açıq şəkildə qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Hazırkı siyasi reallıqlarda - dövlətlərin ərazi bütövlüyünün həssaslığının aktual olduğu bir vaxtda bu bəndin dəyəri dəfələrlə artır”, - Həsən Həsənov vurğulayıb.

- Artıq İrəvandan ilk reaksiya gəldi ki, bu da Ermənistan siyasi isteblişmentinin çaşqınlığını göstərir. Onlar da hesab edirdilər ki, Ermənistan Rusiyanın yeganə müttəfiqidir və Moskvanın bundan qaçış yolu yoxdur.

- Ermənistan Rusiyanın qeyri-səmimi müttəfiqi olub və belə də qalmağa davam edir. İrəvan heç də həmişə müttəfiqlik öhdəliklərinə əməl etməyib.

Azərbaycan isə sübut etdi ki, o, hər zaman bütün razılaşmaları yerinə yetirir. Əgər ölkəmiz başqa dövlətin müttəfiqinə çevrilirsə, bu, doğrudan da, səmimidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Ən çox oxunanalar